Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qubada təcili tibbi yardım maşını başqa avtomobillə toqquşub, xəsarət alan var

Qubada təcili tibbi yardım maşını başqa avtomobillə toqquşub, xəsarət alan var

Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - FOTOLAR (22 Mart 2017 20:48)
Bayramda təcili yardıma 2000 müraciət olub (22 Mart 2017 11:14)
Şəmkirdə 2 maşın toqquşdu - Xəsarət alan var (21 Mart 2017 21:03)

Tarix: 29 Oktyabr 2016 17:42

Quba. 29 oktyabr. REPORT.AZ/ Qubada təcili tibbi yardım maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Şimal bürosunun məlumatına görə, Quba rayonu Zərdabi qəsəbəsi sakini, 1984-cü il təvəllüdlü, Mikayılov Vüsal Adil oğlu idarə etdiyi "Opel" markalı, 40-BN-014 nömrə nişanlı avtomobillə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını toqquşub.
Hadisə zamanı V.Mikayılov sol dirsək çıxıntısının yerini dəyişən sınığı, sağ iç topuğun yerini dəyişən sınığı, sağ əlin arxa səthinin sıyrıntıları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının əməliyyat olunacağını bildiriblər.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər:  Qubada təcili tibbi yardım maşını başqa avtomobillə toqquşub xəsarət alan var



RƏYLƏR


Top xəbərlər