Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zöhrə Abdullayeva toylardan imtina etdi: "Kasıb qadın deyiləm" - FOTO

Zöhrə Abdullayeva toylardan imtina etdi: "Kasıb qadın deyiləm" - FOTO

Date: 29 October 2016 17:47

Əməkdar artist Zöhrə Abdullayeva toylardan imtina edib. O, Milli.Az-a açıqlamasında bir daha heç bir toya getməyəcəyini bildirib:

"Məni toylardan küsdürdülər, ona görə də heç bir toya getmirəm. Hal-hazırda Məhərrəm ayıdır, amma bu ay başa çatandan sonra da  heç getməyəcəyəm. Toylarda əvvəlki səviyyə yoxdur. İnsanların musiqi duyumu yoxdur. Onlara lazımdır ki, səs gəlsin, düşüb ortalığa oynasınlar. Vergilər Nazirliyi də bilsin ki, toylara getməyəcəyəm. Bir-iki yerdə görə bilərlər, o da ki dost-tanış toyları ola bilər ki, qonaq gedim. Bir də görürsən ki, ifa edən yerdə gəlib deyirlər ki, bir az şux mahnı oxuyun da. Bu adam ritmi, musiqini duya bilmir. Məni duymayan toylara niyə getməliyəm ki?"

"Bəs qazancı necə əldə edəcəksiz?" sualına isə müğənni bu cür cavab verib:
"Allah mənim oğluma, gəlinimə  can sağlığı versin. Mən elə darda deyiləm ki. Nəyim var bəsimdir. Sovet adamıyam, hər halda dar günümü düşünmüşəm. Kasıb qadın deyiləm. Nə qədər yaşasam, geyinməyə pal-paltarım var".

Əli Rəhimoğlu
Milli.Az






Tags:  Zöhrə Abdullayeva toylardan imtina etdi Kasıb qadın deyiləm FOTO

RƏYLƏR


Top news