Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək"

"Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək"

Date: 29 October 2016 17:52

Parisin şimal-qərbində salınmış qeyri-qanuni miqrant düşərgələri söküləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland paytaxtın qərbində miqrantların qəbul mərkəzlərindən birinə baş çəkərkən deyib: "Biz Kaledəki qeyri-qanuni düşərgəni sökdük. İndi də analoji işləri Parisdə yerinə yetirəcəyik. Fransada belə düşərgələrə göz yuma bilmərik".

Fransa prezidentinin sözlərinə görə, həmin düşərgələrdəki miqrantlar rəsmi mərkəzlərdə yerləşdiriləcək.

Milli.Az


Tags:  Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək

RƏYLƏR


Top news