Çinli geymerlər 9,1 milyon dollar qazanmaqla Ginnesin Rekordlar Kitabına düşüb

Çinli geymerlər 9,1 milyon dollar qazanmaqla Ginnesin Rekordlar Kitabına düşüb
18:02 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Wings Gaming" komandasından olan çinli geymerlər "Dota 2" oyununda 9,1 milyon dollar qazanmaqla Ginnesin Rekordlar Kitabına düşüblər.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, turnir yayda Sietldə keçirilib.
Ümumi mükafat fondu (təxminən 21 milyon ABŞ dolları) kiberidman yarışları arasında ən böyüyü olub. Bu məbləğin demək olar yarısı Çini təmsil edən "Wings Gaming" komandasına qismət olub. Bu isə oxşar turnirlərdə qalibə verilən ən böyük məbləğdir.
Başqa sözlə, Sietldəki qələbə sayəsində "Wings Gaming"in beş iştirakçısı bir anda milyonçu olublar.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/cinli-geymerler-9-1-milyon-dollar-qazanmaqla-ginnesin-rekordlar-kitabina-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR