Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Cavid hazır olmasaydı onu meydana buraxmazdım"

"Cavid hazır olmasaydı onu meydana buraxmazdım"

Date: 29 October 2016 18:05

Premyer Liqanın 10-cu turu çərçivəsində baş tutan "Qəbələ" - "Neftçi" matçından sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssis yetirmələrinin strateji cəhətdən razı qaldığını bildirib.

- Teo Uikslə Nika Kvekveskiri Avropa Liqasının 4-üc turunda oynaya biləcəklər?

- Bu istiqamətdə çalışmalarını davam etdirirlər. Ancaq qarşıda 3 günümüz var. Son qərarı oyundan əvvəl verəcəm.

- Qələbənin bu qədər asan gəlməsi sizin üçün gözlənilməz olmadı?

- Razı deyiləm. Ola bilər oyunun əvvəli asan görünə bilər. Əslində isə oyunun gedişatında müəyyən dəyişikliklər etdik. Heç də asan deyildi. Bu görüşü aktivimizə yazırıq. Ona görə yox ki, böyük hesabla qalib gəldik. Strateji cəhətdən müsbət addımlarımızı gördüm.

- Uzun müddət qol buraxmırdınız. İndi isə bu, adət halını alıb...

- Əlbəttə, qol buraxmamaq xoşdu. Axı, belədə, azından 1 xalı təmin edirsən. Ancaq uzun müddət qol buraxmamaq müşkül məsələdi. Etiraf edim ki, müdafiəmizdə düzəldiləsi müəyyən məqamlar var.

- Cavid Hüseynov meydana daxil olmağa həqiqətən hazırdı, yoxsa bu, sizin tərəfdən edilən bir jestdi?

- Hazır olmasaydı, heç vaxt meydana buraxılmazdı. Gücü çatan müddətə uyğun da meydana buraxırıq. Həm də oyunun gedişatını nəzərə alıb, onu meydana daxil edirik. Düşünürəm ki, Cavidin işləri qaydasına düşür. Hüseynov olduqca istedadlı futbolçudu. İnanıram ki, tezliklə 90 dəqiqə də mübarizəyə hazır olacaq.

- Ruslan Qurbanov və Cavid Hüseynovun oyuna daxil edilməsi hesab 1:1 olarkən atılan addım idi, yoxsa önə keçdikdən sonra? Çünki bu futbolçular hesab bərabər olarkən meydana çıxmağa hazırlaşırdılar.

- Həqiqətən də, hesab 1:1 olarkən bu uşaqları meydana daxil etmək qərarı verdim. Ruslan komandamıza yeni qoşulub. Bu üzdən Qurbanova daha çox oyun praktikası verirəm ki, kollektivimizə daha tez alışsın. Cavidin isə verdiyim vaxtın öhdəsindən gələcəyinə inanırdım. Bəli, hesab dəyişdi. Ancaq bu əvəzetmələr nəticədən asılı olmayaraq, baş tutmalı idi. Bunu da etdim.

Milli.Az


Tags:  Cavid hazır olmasaydı onu meydana buraxmazdım

RƏYLƏR


Top news