Millimizin rəqibində yeni müqavilə

Millimizin rəqibində yeni müqavilə
18:27 29 Oktyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisində baş məşqçi Yoahim Lövün fəaliyyəti federasiya rəhbərliyinin ürəyincədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu üzdən federasiya təcrübəli mütəxəssislə yeni müqavilə bağlamaq qərarına gəlib.

Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2020-ci ilə qədər Bundestimin "sükanı arxası"nda olacaq. Bununla bağlı rəsmi açıqlama oktyabrın 31-də veriləcək.
 
Qeyd edək ki, C qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il, martın 26-da Bakıda baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR