Rafael Ağayev 5-ci dəfə dünya çempionu oldu

Rafael Ağayev 5-ci dəfə dünya çempionu oldu
18:27 29 Oktyabr 2016
115 İdman
Ölkə mətbuatı
A- A+


Rafael Ağayev Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında qızıl medal qazanıb.


 Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun üzvü çıxış etdiyi 75 kq çəki dərəcəsində finalda Misir təmsilçisi Onar Abdel Rahman ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Ağayev 5-ci dəfə dünyanın ən yaxşısı adına sahib çıxıb. 


Qeyd edək ki, 13 qat Avropa çempionumuz finala qədər Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistandan və İran idmançılarını mübarizədən kənarlaşdırıb. O, yarımfinalda iranlı rəqibi ilə qarşılaşmada sifətindən zədə alsa da, sonadək mübarizə apararaq, qalib gəlib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rafael-aayev-5-ci-df-dunya-cempionu-oldu-t53734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR