Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Evdə partlayış: yaralanan var

Evdə partlayış: yaralanan var

Date: 29 October 2016 18:27

Xaçmaz rayonunda yaşayış evində partlayış olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Köhnə Xaçmaz kəndində baş verən hadisə zamnaı 1981-ci il təvəllüdlü Firuzə Sadmanova yanıq xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının bədəninin müxtəlif hissələrinin yandığı bildirilir.

Partlayışdan sonra evdə başlayan yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsini qarşısı alınıb.

Fakt araşdırılır.

Milli.Az


Tags:  Evdə partlayış yaralanan var

RƏYLƏR


Top news