Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Poroşenkonun oğlu və gəlini ilə bağlı GİZLİ FAKTLAR

Poroşenkonun oğlu və gəlini ilə bağlı GİZLİ FAKTLAR

Date: 29 October 2016 18:37

Ukrayna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti prezident Petro Poroşenkonun oğlu, deputat Aleksey Poroşenko haqqında elekton bəyannamə dərc edib.

Milli.Az qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Aleksey Poroşenkonun Vinnitsa şəhərində 178, 50 kvadrat metrlik ofisi və Kiyevdə çoxsaylı mənzili var. O, "QAZ", "BMW 320i Cabrio", "Land Rover Discovery 4.0" kimi markalı avtomobillərə sahibdir.

Aleksey və Yuliya Poroşenkoların Pyotr Yelizaveta adlı iki övladları var.

Saat kolleksiyasına üstünlük verən Yuliya Poroşenko "Breguet" brendindən bahalı qol saatları alıb.

A.Poroşenko deputat fəaliyyəti ilə əlaqədar 80 min 559 qrivna əmək haqqı qazanır. Yuliya Poroşenkonun bank hesabına 205 min dollar, təxminən 137 min 700 avro və 230 min qrivna, Alekseyin hesabına isə təxminən 15 min avro pul köçürülüb.

Milli.Az


Tags:  Poroşenkonun oğlu gəlini bağlı GİZLİ FAKTLAR


RƏYLƏR


Top news