Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Müstəqillik Günü Efiopiyada qeyd olunub

Azərbaycanın Müstəqillik Günü Efiopiyada qeyd olunub

Date: 29 October 2016 18:47

Bakı. 29 oktyabr. REPORT.AZ/ Efiopiyanın aparıcı təhsil ocağı sayılan və bu ölkənin bir çox yüksək səviyyəli dövlət rəsmilərinin məzun olduğu Beynəlxalq Liderlik İnstitutunda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə səfir Elman Abdullayev açılış nitqi ilə çıxış edib.
Azərbaycanda müstəqillik illəri zamanı iqtisadi, sosial və dövlət quruculuğu sahələrində əldə olunan tarixi nailiyyətlərdən danışan diplomt, qonaqlara Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə ətraflı məlumat verib.
E.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dünya ictimaiyyəti və mötəbər beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qonaqların diqqətinə çatdırıb.
Daha sonra ölkəmizin müxtəlif təhsil müəssisələrini bitirmiş və müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşamış efiopiyalı məzunlar Dr. Seyfu Tirfi və Dr. Tessisa Kaba o dövrlə bağlı öz xatirələrini bölüşərək, müstəqilliyimizin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın bu böhranlı vəziyyətdən çıxa bildiyini və inkişaf etdiyini bildiriblər.
Tədbir çərçivəsində, həmçinin qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir ölkənin aparıcı mətbuatının diqqətində olubdur.






Tags:  Azərbaycanın Müstəqillik Günü Efiopiyada qeyd olunub

RƏYLƏR


Top news