"Cəmiyyətdə, elə bil ki, böyük bir kəsimin qulaqları kardır" - FOTO

"Cəmiyyətdə, elə bil ki, böyük bir kəsimin qulaqları kardır" - FOTO
18:52 29 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az noyabrın 1-də 20 yaşı tamam olan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının musavat.com-a müsahibəsini təqdim edir. 

- Akif bəy, öncə təbriklər. 20 yaşlı qəzet.... Yolunuz, deyəsən, çox uzun olub... 

- Təbii ki, qəzetçiliklə, jurnalistika ilə məşğul olan insanlar bilir ki, qəzetçilikdə hər bir gün nə qədər məsuliyyətli və çətindir. Baxmayaraq ki, bu qəzet 20 ildir öz fəaliyyətini davam etdirir. Təbii ki, böyük uğurdur. Bu uğuru sadə qazanmamışıq. 3 il senzuralı dövrdə qəzet çıxarmışıq. Hətta qəzetdə adi bir şəkli senzura dəyərləndirirdi ki, filan şəkli niyə vermisiz, mənası nədir. Hər şeyi mənalandırırdılar. Biz də əlimizdə hazır şəkil, materiallar  aparırdıq, yığdırırdıq ki, hansısa yazını kəsəndə onun yerinə hansı şəkli verək. 3 ilimiz elə gərgin keçib, olduqca çətin. Amma o dövr mətbuat üçün çox maraqlı dövr idi. Hesab edirəm ki, 20 ilimiz hədər getməyib. 20 ildə bu qəzetdə onlarla jurnalist yetişib. "Şərq"i jurnalistika adına bir məktəb hesab edənlər var. İlk qələm təcrübəsi "Şərq"də keçən məşhur imzalar var. İndi də gəlirlər gənclər. 

- Gənclər, həqiqətən də, iş yeri olaraq "Şərq"ə gəlirlərmi, ilk təcrübələrini burda keçmək istəyirlərmi? 

- Bəli. Bu dəqiqə bizdə 4 nəfər gənc çalışır. Onların ilk qələm təcrübələri "Şərq"in səhifələrində öz əksini tapır. Mənim eyni zamanda BDU-nn jurnalistika fakültəsi ilə sıx əlaqələrim var. Ordakı gənclərə şərait yaratmışıq ki, bura gəlsinlər, burda çalışsınlar. 

- Dostların yanında bu gün sizinlə müsahibəyə gələcəyimin anonsunu verəndə biri olduqca ciddi şəkildə soruşdu ki, "Şərq" qəzeti hələ çıxırmı?" Bilmirəm, bunu zarafat olaraq qəbul edə bilərikmi? 

- (Gülür) Deməli, o insan "Şərq" qəzetini oxumur. Bizim qəzeti oxuyan var, izləyən var. Son günlərdə ad günümüzlə bağlı bizə gələn təbriklərdən, xoş sözlərdən bir daha auditoriyamızın genişliyinə əmin oluruq. Özü də bu təbriki təkcə həmkarlar etmir, oxucular, bizi daim izləyənlər edir. Bəzən elə hesab edirlər ki, qəzet dövrü, kağız dövrü çoxdan keçib və internet zamanıdır. Yeni medianın üstünlüklərini nəzərə alaraq belə düşünənlər var. Yeni medianın üstünlükləri var və sürətlə inkişaf edir. Amma qəzetlər də yaşamalıdır, yaşayırlar, yaşamağa məhkumdular. Ən azından ona görə ki, jurnalistikanın ənənələrinin qorunmasında çap mediasının əvəzsiz rolu, qalıcı xüsusiyyəti var. Bundan başqa, yeni medianın cəmiyyətə vermədiyi informasiyaları, analitik yazıları, şərhləri məhz çap mediası verir, bu missiyanı yerinə yetirir. Bu mənada "Şərq" qəzeti bu missiyanı davam etdirən nəşrlərdəndir. 

- Bəs yeni media ilə ayaqlaşa bilirmi? Saytınızı izləmişəm. Amma sizin fikriniz maraqlıdır: "Şərq" onlayn medianın enerjisi, dinamikası ilə rəqabətdə necədir, sizcə? 

- Portallar, saytlar, ümumən yeni mediaya müsbət münasibətimdən asılı olmayaraq deyim ki, mən onların böyük əksəriyyətində peşəkarlıq görmürəm. Peşəkar saytlarımız var, amma sayı barmaqla sayılacaq qədərdir. 10-a yaxın ola, ya olmaya. 

- Bəs o birilər nədir, sizcə? 

- Onlar 90-cı illərdə yaranan çap mətbuatı bumunu xatırladır. Onlar həmin zaman qəzet köşklərini dolduran qəzetlərin indi sayt nümunəsidir. Həmin vaxt o qəzetlərin əksəriyyəti qeyri-ciddi və şəxsi məqsədlər üçün yaradılan nəşrlər sayılırdı. Hesab edirəm ki, çap mətbuatı yeni medianın alt yapısını təşkil edir. Jurnalistikanın prinsipləri, əsasları, etikası... Hadisələrə daha geniş baxma imkanları çap mediası jurnalistikasında yaşayır. Bu alt yapı olmasa, yeni medianın həmin ənənələrə  bağlantısını görə bilmərik. Alt yapısız bir media formalaşar və bu da bizimçün ciddi problem olar. Bizim mətbuat Əhməd bəy Ağayevdən, Rəsulzadədən, Şahtaxtinskidən gələn bir yoldan keçir və biz bu yoldan imtina edə bilmərik. Ona görə də hesab edirəm ki, yeni medianın üstünlükləri ilə yanaşı, gətirdiyi problemlər də var. 

- Bütün hallarda əlinizdə belə bir sayt var, dediyiniz kimi, alt yapı da mövcuddur. Bəs sherg.az saytını niyə onlayn medianın parlaq nümunələri ilə ayaqlaşdırmağa çalışmırsız? 

- Çalışırıq. Mütəmadi olaraq öz yazılarımızı, əldə etdiyimiz informasiyaları veririk. Digər saytlardan özəl xəbərləri copy-past etmirik. Ancaq "Şərq"ə aid yazılar, informasiyaları yerləşdiririk. Onun İP sayı o qədər böyük olmasa da, keyfiyyətli oxucu barədə düşünürük. Hər hansı yazını 150 nəfər oxuyubsa, bu, 1500 nəfər deməkdir. Mən elə düşünürəm. 

- Redaksiyadan içəri girəndə istər-istəməz adamı bir kasıblıq, nimdaşlıq havası vurur. Bəlkə də bu, ümumən binanın özü ilə bağlı yaranan əhvaldır. Böyük bir keçmişi olan qəzetin bu günü....Yubiley əhvalınızı korlamaq istəmirəm, amma təəssürat bir az üzücü oldu. 

"Bizim saytda hər hansı yazını 150 nəfər oxuyubsa, bu, 1500 nəfər deməkdir"

- Anlayıram. Amma "Azərbaycan" nəşriyyatı əvvəl məbəd olub. Biz vaxtilə ona bayırdan baxanda düşünərdik ki, bizi nə zamansa onun içinə buraxarlar, ya yox? İndi isə bu, adiləşib. Burada artıq ciddi qəzetlərlə, media mühitini formalaşdıran nəşrlərlə, saytlarla yanaşı, qeyri-ciddi nəşrlər də var və onlar üstünlük təşkil edir. Etiraf edək ki, hər şey binadan yox, binanın içərisindən başlayır. Təmirə ehtiyacı olan binadır. Burda müəyyən işlər görmək mümkündür. Ciddi qəzetlərin, saytların, agentliklərin burda cəmləşməsi daha yaxşı olar. Bu binadan çıxmamağımızın səbəbi həm də odur ki, əvvəldən qəbul etdiyimiz kimi, bura bir informasiya məkanıdır (gülür). İndi sizin, maşallah, ayrıca ofisiniz var, ona görə buranı bəyənmədiz... 

- Yox, indi əksər qəzetlərin, saytların ayrıca ofisi var...

- Amma mən istərdim ki, bizdə hər bir qəzetin hansısa bir binada bir mərtəbədə ofisi olmaqdansa böyük, ayrıca bir binası olsun, mətbəəsi, ayrıca yayım şirkəti olsun. 

- Bəs bu atmosferdə işləmək necədir? Bayaq özünüz də dediniz ki, qeyri-ciddi qəzetlər, saytlar üstünlük təşkil edir burada. Söhbət təkcə divarların təmirsizliyindən, koridordan gələn üfunətli qoxulardan getmir... Söhbət, sözün böyük mənasında, atmosferdən gedir. 

- Əslində, Azərbaycan mətbuatının vəziyyəti necədirsə, "Azərbaycan" nəşriyyatı da o vəziyyətdədir. İndi biz necə edək ki, 90-cı illər Azərbaycan mətbuatının vəziyyətini geri qaytaraq? Bunun üçün həmin dövrün ictimai-siyasi aurasını da qaytarmaq lazımdır. Bu binanın 4-5-ci mərtəbəsindəki yeməkxanasına gedən insanlar təkcə yemək yemir, çay içmirdi. Təkcə qarın doyurmaq məkanı deyildi, orda çox ciddi müzakirələr, ictimai-siyasi həyatın nəbzini ölçən söhbətlər gedirdi. İndi o mühit hər bir qəzetin daxili hücrəsinə keçib. Hər bir qəzet öz otaqları daxilindən kənara çıxmır. Görünür, bu da obyektiv haldır. 

- Bəs binanın ümumi kasıblığı "Şərq"in həyatında özünü necə göstərir? Sizin, qəzetinizin maddi durumu necədir? 

- Bax, bizim qəzetə gəldiniz və gördünüz ki, otaqlarımız təmirlidir. O qədər bahalı, cah-cəlallı olmasa da, mənə işləmək üçün bəs edir. Əsas odur ki, texniki imkanlar yüksək səviyyədə olsun. Bizdə də o imkanlar var. Qəzetin öz imkanları, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, prezidentin ayırdığı birdəfəlik maliyyə yardımına görə biz öz sahəmizə aid, "Şərq" qəzetinin 6 otağında müəyyən işləri görmüşük. Sadəcə, daha geniş işləri görmək imkanları bizdə yoxdur. Bu gün Azərbaycan jurnalistləri bir-birindən 100 manat fərqlə maaş alırlar. Aşağı-yuxarı vəziyyət eynidir. Çap mediası bahalı layihədir. Kağız, mətbəə, plyonka, daşınma, yayım xərci var. Bu, çətin mərhələlərdən keçən media sistemidir. Amma indi üç-dörd kompüter alırlar, elektron ünvan alır və onunla başlayır informasiya siyasəti həyata keçirməyə. Bəs onun özü informasiya siyasətidirmi? İnformasiyadırmı ümumən? 

- Ciddi media adına neçə qəzet, neçə sayt adı çəkə bilərsiz, Akif bəy? 

- Təqribən 10 qəzet, 10 sayt adı çəkə bilərəm. 

- Rəşad Məcid bir neçə il əvvəl mənə verdiyi müsahibədə demişdi ki, "istəsəm elə qəzet çıxararam ki, ölkəni silkələyər, amma..." Belə iddiaları zaman-zaman eşidirəm köhnə nəsil redaktorlardan, jurnalistlərdən... 

- Ümumiyyətlə, bizə lazımdırmı Azərbaycanı silkələyəcək qəzet? 

- Sözün yaxşı mənasında...

- Oxucular bilirlər, "Şərq" qəzetində müxtəlif fikirlərə yer veririk. Əks fikirli insanlara imkan yaratmışıq ki, bizim qəzetdə özlərini ifadə edə bilsinlər. Sadəcə, cəmiyyəti silkəyə biləcək informasiyalara gəlincə, bizim bu gün də toxunduğumuz məsələlər cəmiyyəti silkələyə biləcək məsələlərdir. Cəmiyyətin özündə bir hərəkətlilik yoxdur. Biz nə qədər deyək axı eyni şeyi, nə qədər? 

- Yorğunluq var, deyəsən, Akif bəy... 

- Yox, bizdə yoxdu, cəmiyyətdə var o yorğunluq. Cəmiyyətdə elə bil ki, böyük bir kəsimin qulaqları kardır, eşitmir bizim dediyimiz problemləri. Bir var o problemi qışqıra-qışqıra deyəsən, ya da facebookda canlı yayıma çıxıb danışasan. Bir də var cəmiyyət maraqlarını, milli maraqları, dövlət maraqlarını, onlardan da üstün peşə maraqlarını əsas gətirəsən. Və o peşə maraqlarının əsasında həmin problemlərin həllini deyəsən. Biz sakit tərzdə öz işimizi görürük. Cəmiyyətin bütün sahələrində baş verən problemlər "Şərq" qəzetində öz əksini tapır, tənqidi ruhu da çoxdur... İndi qəzetlərə tələbat o qədər böyük deyil bəlkə. Hamının əlində telefon, açırlar, baxırlar, oxuyurlar. Axı indi internetin, yeni medianın təqdim etdiyi o material nə dərəcədə cəmiyyətin marağına uyğundur? Mən o ciddi saytları qoyuram bir qırağa. 

- Onlar da deyirlər ki, "hamı bizi oxuyur, hər şeydən bizim vasitəmizlə xəbər tutur, qəzet erası bitib..." Yazılarının oxunma  statistikasını az qala, üzr istəyirəm, gözümüzə soxurlar. O zaman nə edək?  

- Xeyr, peşəkarlığın kriteriyalarından biri oxunma faizi ola bilər, amma hər şey deyil. Kiçik bir elementdir. Hər bir saytın, qəzetin də, televiziyanın məxsusi auditoriyası var. Bu auditoriya kimlərdən formalaşıb, əsas məsələ budur. "Şərq"in auditoriyası kifayət qədər kamil, oxumuş, cəmiyyətdə kataklizmaları istəməyən, sabitliyi arzulayan, bu sabitliyin əsasında demokratik, normal inkişafı istəyən təbəqədir. Biz bu təbəqəyə xitab edirik. 

- O təbəqə çoxluq təşkil edir? 

- Etmir. Elə ona görə də bizim qəzetlərin tirajı aşağı düşür. Bu aşağı düşmə təkcə qəzetlərin özündən asılı deyil. Biz bu səbəblərin hamısını sadalamağa başlasaq, iki səhifəlik müsahibə alınar. 

- 20 yaşlı gənc... "Şərq"in qarşısındakı yol uzundurmu, sizcə? 

- Bu 20 ildə "Şərq" qəzetinin fəaliyyətini o qədər "dayandırıblar" ki. Bu və ya digər qəzetlərdə gedən xəbərlər, elanlar ki, guya biz fəaliyyətimizi dayandıracağıq... Heç biri də baş verməyib. Təsadüfən bir gün çıxmamışıq, amma bəziləri "qəzet bağlandı" deyə hay-küy salıblar, seviniblər. Ola bilsin ki, rəqabət mühitindən gələn bir şey olub. Amma "Şərq" qəzeti öz yolunda davam edir və edəcək. Bu gün də var, sabah da olacaq. Azərbaycan mətbuatında ilk 5-likdə "Şərq" qəzetinin adı var. Ən azından bu qəzetin qaldırdığı problemlər kimlərisə, hakimiyyətin strukturunda hansısa məmuru hərəkətə gətirirsə, yazdığımız problem narahatlıq yaradırsa, onun həlli istiqamətində işlər görülürsə, demək ki, təsir gücü var. Çap mediası uzun müddət yaşaya biləcək strukturdur. "Şərq" qəzeti uzun yollardan keçib. Vaxt var idi ki, günlərlə məhkəmələrdə olurduq, bizi məhkəmələrə cəlb edirdilər. Heç o zaman qəzetin işi ilə də məşğul ola bilmirdik.

- (Zarafatla) İndi məhkəməyə vermirlər. Bəs nə edirlər? 

- (Gülür) İndi sabitlik dönəmimizdir. Hər bir qəzetin həyatında müəyyən mərhələlər olur. O dönəmlərdə niyə çox zaman məhkəmələrə çəkilirdik? Bəzən məhkəməyə çəkiləcək boş yerlərimiz çox olurdu. Bu, bəzən bizim qeyri-peşəkarlıqla yanaşdığımız, boş yerlər qoyduğumuz məqamlarla bağlı olurdu. İndi bizim elə dönəmimizdir ki, Azərbaycanda və dünyada baş verən proseslərin fonunda vicdanını itirmədən, problemlərə daha aydın baxmaqla, qıcıq yaratmamaqla, emosiayalardan uzaq jurnalistikanın bir forması kimiyik. Gələcəkdə də qəzetlərin yaşam imkanları var. Yaxın 10 il müddətində Azərbaycanda 10-15 qəzet qala bilər. Hansı qəzetin oxucusu, potensialı varsa, onların yaşama imkanları olacaq. "Şərq" də onların içərisində olacaq. Ən azından bizim keçib gəldiyimiz yol buna imkan verir. 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çində 100-dən çox insan torpaq sürüşməsinin dağıntıları altında qalıb

24 İyun 2017 05:52

Təsadüfi şəkiliş - Maralların davası - VİDEO

24 İyun 2017 05:48

Fransanın Beynəlxalq Münasibətlər və Strateğiyalar İnstitutunun alimi: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib"

24 İyun 2017 05:37

Gənc centlmenin mənzili - FOTO

24 İyun 2017 05:32

Venesuelada parlamentə hücum - yaralılar var

24 İyun 2017 05:19

Venesuelada parlamentinin binasına hücum: 4 yaralı

24 İyun 2017 05:08

Venesuelada parlamentin binasına hücum olub

24 İyun 2017 05:07

Makiyaj edən oğlanlar - FOTOLAR

24 İyun 2017 04:53

İki yaşlı körpə dərmandan zəhərləndi

24 İyun 2017 04:39

Məşhurlaşan fotoqrafın əsərləri - FOTO

24 İyun 2017 04:32

Berluskoni: "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm"

24 İyun 2017 04:12

Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib

24 İyun 2017 04:08

Məkkədə terror aktının qarşısı alındı

24 İyun 2017 03:53

Bakıda avtomobil yeniyetməni vurub

24 İyun 2017 03:42

“Qalatasaray” azarkeşlərinə şad xəbər

24 İyun 2017 03:34

Sevgini çəkən insan - FOTO

24 İyun 2017 03:32

ABŞ-da "F-16" qəzaya uğrayıb -

24 İyun 2017 03:31

Emmanüel Linkon: "Azərbaycanın sürətli inkişafı Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır"

24 İyun 2017 03:12

Gürcüstanda 31 yaşlı azərbaycanlı nazir müşaviri oldu

24 İyun 2017 02:49

Hindistanda Tramp kəndi

24 İyun 2017 02:48

Səudiyyə Ərəbistanında terrorçuların hücumununun qarşısını alınıb

24 İyun 2017 02:43

Astroloji proqnoz -

24 İyun 2017 02:40

Fotolara bənzəyən rəsmlər - FOTO

24 İyun 2017 02:32

Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib

24 İyun 2017 02:29

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

24 İyun 2017 02:17

Çaylarda su artdı, Gorançay daşdı

24 İyun 2017 01:58

Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

24 İyun 2017 01:57

Hindistanda Trampın şərəfinə kənd adlandırılıb

24 İyun 2017 01:55

“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir”

24 İyun 2017 01:54

SOCAR Gürcüstandakı öhdəliklərini vaxtında yerinə yetirəcək

24 İyun 2017 01:42

1930-cu illərin çılğın, qara-ağ Londonu - FOTO

24 İyun 2017 01:32

Kəbədə həyata keçirilməsi planlaşdırılan terror aktlarının qarşısı alınıb

24 İyun 2017 01:28

Diqqətsiz qalan 2 yaşlı körpə ağcaqanad dərmanı içib zəhərləndi

24 İyun 2017 01:18

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

24 İyun 2017 01:02

Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü

24 İyun 2017 00:58

"Arsenal" fransız futbolçuya görə 44 milyonundan keçməyə hazırdır

24 İyun 2017 00:58

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib

24 İyun 2017 00:52

Bakıda təcili yardım maşını aşıb:

24 İyun 2017 00:45

Lənkəranda zəlzələ oldu

24 İyun 2017 00:43

Ərdoğan: "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır"

24 İyun 2017 00:42

Pakistanda 2 partlayışda 37 nəfər ölüb

24 İyun 2017 00:36

Lənkəranda zəlzələ

24 İyun 2017 00:34

Rejissor Kənan Mahmudovun həyat yoldaşı dəyişib belə oldu - FOTO

24 İyun 2017 00:33

Goranboyda avtomobil piyadanı vurub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ olub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ baş verib

24 İyun 2017 00:28

Avtomobil 59 yaşlı kişini vurub qaçdı - Tovuzda

24 İyun 2017 00:24

Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

24 İyun 2017 00:22

Bakıda təcili yardım maşını aşdı - Sürücü... - FOTOLAR

24 İyun 2017 00:18

Astroloji proqnoz - 24 iyun

24 İyun 2017 00:08