Hyundai yeni Grandeur-u göstərdi - FOTO

Hyundai yeni Grandeur-u göstərdi - FOTO
19:12 29 Oktyabr 2016
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Hyundai" şirkəti yeni nəsil sedan "Grandeur"-nun ilk şəkillərini dərc edib. Bu model ABŞ-da "Azera" adı ilə tanınır. Avtomobilin Cənubi Koreyada satışına gələn ay başlanacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, modelin dizaynı "Genesis G80"-i xatırladır. Təkər bazasının genişləndirilməsi sayəsində salonda sərnişinlər üçün yer xeyli böyüyüb. Şirkətdən bildirilib ki, avtomobil "Hyundai"-ın "yeni dizayn erasından xəbər verir".

Sedan 3,3-litrlik benzin V6 mühərriki ilə hərəkətə gətirilir. O, 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Yeniliyin dinamik xarakteristikası hələlik sirr olaraq qalır.

Mühərrik qammasına 4-silindrli benzin və dizel mühərriklər daxil ediləcək. Bundan əlavə, hibrid modifikasiyanın da peyda olması istisna edilmir.
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/484153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR