Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş sevgilisi ilə barışmaq üçün onu izləyir - FOTO

Keçmiş sevgilisi ilə barışmaq üçün onu izləyir - FOTO

Date: 29 October 2016 19:17

Aktrisa Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçlar bir ay öncə ayrıldığı sevgilisi Hakan Sabancı ilə barışmağa çalışır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, milyonçi Sabancı ailəsinin gənc üzvünün getdiyi yerlərə gedir və ona yaxınlaşmaq üçün fürsət axtarır.

Dünən də Hakanın olduğu bir məkana dostları ilə gedən Aslışah pərt olub. Belə ki, ondan az əvvəl kafedən çıxan keçmiş sevgilisini görə bilməyib.

Kefi pozulan A.Alkoçlar oranı tərk edib.

Qeyd edək ki, Hakan ayrıldıqdan sonra Aslışahla bütün fotoları İnstaqramdan silib və onu təqib etməyi dayandırıb. Alkoçlar isə fotoları silməyib və keçmiş sevgilisini hələ də izləyir.

Milli.Az





Tags:  Keçmiş sevgilisi barışmaq onu izləyir FOTO

RƏYLƏR


Top news