Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaçmazda ev yandı

Xaçmazda ev yandı

Date: 29 October 2016 19:18

Xaçmazda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 289 m2 olan birmərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində evin tavanı 2 m2 sahədə yanmışdır.

Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Tags:  Xaçmazda ev yandı

RƏYLƏR


Top news