Xaçmazda 6 otaqlı ev yanıb

Xaçmazda 6 otaqlı ev yanıb
19:27 29 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda yanğın qeydə alınıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 289 m2 olan birmərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin tavanı 2 m2 sahədə yanıb.

Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR