Azərbaycan Premyer Liqasında X turun oyunları keçirilib

Azərbaycan Premyer Liqasında X turun oyunları keçirilib
19:38 29 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Publika.az-ın məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçirilib.

İlk görüşdə "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda meydan sahiblərinin üstünlüyü ilə keçən oyun, Roman Qriqorçukun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində Sergey Zenyov dubl edib. Asif Məmmədov və Rəşad Eyyubov isə hərəyə bir dəfə fərqlənib. "Neftçi"nin yeganə qolu Araz Abdullayevin aktivinə yazılıb. Bu nəticədən sonra "Qəbələ" xal ehtiyatını 24-ə çatdıraraq vahid liderə çevrilib. "Neftçi" isə 6 xalla 7-cidir.

Günün son oyunu isə Şüvəlanda keçirilib. AZAL sonuncu ölkə çempionu "Qarabağ"ı qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə qonaqlar fəallıq nümayiş etdirib. Qurban Qurbanovun yetirmələri matçın 63-cü dəqiqəsində fərqlənib. Muarem Muarem topu Aqil Məmmədovun qoruduğu qapıdan keçirib. Oyun bu hesabla da başa çatıb. Xallarını 22-yə çatdran "Qarabağ" ikinci pillədə möhkəmlənib. AZAL isə 3 xalla sonuncudur.

Azərbaycan Premyer Liqası, X tur

29 oktyabr

15:00. "Qəbələ" - "Neftçi" - 4:1

Qollar: Sergey Zenyov, 11, 59, Asif Məmmədov, 62, Rəşad Eyyubov, 77 - Araz Abdullayev, 49

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

17:00. AZAL - "Qarabağ" - 0:1

Qol: Muarem Muarem, 63

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "AZAL Arena"

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Kəpəz" və "İnter" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR