“Belə getsə, yerimiz hazırdı” – Tərlan Əhmədov

“Belə getsə, yerimiz hazırdı” – Tərlan Əhmədov
19:42 29 Oktyabr 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə "Qarabağ"a uduzan (0:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Əhmədov oyunla bağlı bunları deyib.
 
"Oyun barədə çox danışmağa ehtiyac yoxdu. Çalışdıq "Qarabağ"a müqavimət göstərək, İlk hissədə bir qədər müqavimət göstərsək də, ikinci hissədə alınmadı. Ani diqqətsizlikdən qol buraxdıq. Rəqibi təbrik edirəm. Əsas problemimiz hücum xəttindədi. Nə qədər ki, bu problemi aradan götürməmişik, vəziyyət belə qalacaq. Tək bu oyunda yox, bütün oyunlarda bu problem olur. Futbolçularıma heç bir iradım yoxdu. Gücümüz çatan qədər mübarizə apardıq. Burda qalsam, qışda yeni hücumçu cəlb edilməsini istəyəcəm".
 
- Bəs rəhbərliyin yeni hücumçu almağa imkanı çatacaq?

- Rəhbərliyin imkanı olmasa, öz imkanlarım hesabına alacam (gülür). Belə getsə, 1-ci divizionda yerimiz hazırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR