Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fincanın rəngi dad keyfiyyətinə təsir edir

Fincanın rəngi dad keyfiyyətinə təsir edir

Date: 29 October 2016 19:47

Oksford universitetinin elm adamlarının apardığı araşdırma, qabın, tərkibinin dadı necə dəyişdiyini bir daha nümayiş etdirdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, elm adamları 57 könüllüyə ağ, krem, qırmızı və narıncı rəngli fincanlarda isti şokolad verdilər.
İştirakçılar narıncı və ardından krem rəngli fincanlarda olan isti şokoladın daha ləzzətli olduğunu söylədilər.
Tədqiqatçılardan Betina Piqueras-Fiszman, qabların yemək və içkilərin dadı və ətiri kimi bəzi xüsusiyyətlərini dəyişdirdiyini bildirib.
Elm adamları sarı şüşələrdə olan qazlı içkilərin limon dadını artırdığını, mavi kimi soyuq rənglərin hərarəti azaltdığını, çəhrayı rəngli şüşələrin isə, içkinin ya da qidanın daha şirin olduğu təəssüratı yaratdığını vurğulayıblar.
Araşdırma yeni və maraqlı bir məlumatı insanlara çatdırdı. Yaxın günlərdə əlavə məlumatların verilməsi də gözlənilir.

Milli.Az


Tags:  Fincanın rəngi dad keyfiyyətinə təsir edir

RƏYLƏR


Top news