Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ruhani: "İran Aİ-nin enerji təhlükəsizliyini təmin edə bilər"

Ruhani: "İran Aİ-nin enerji təhlükəsizliyini təmin edə bilər"

"Rusiya-İran-Azərbaycan əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir" - RUHANİ (28 Mart 2017 18:34)
Putin və Ruhani arasında görüş keçirilir - FOTO (28 Mart 2017 15:57)
Putinlə Ruhani görüşdü (28 Mart 2017 15:53)

Tarix: 29 Oktyabr 2016 19:57

İran prezidenti Həsən Ruhani Aİ diplomatiyasının rəhbəri Federika Mogerini ilə görüşü zamanı Avropa ölkələri və İran arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə ümidvar olduğunu  bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
 
"İran və Aİ hazırkı potensial və imkanlardan istifadə edərək ikitərəfli münasibətlərdə irəliləyişə nail ola bilərlər.  Zəngin enerji resurslarına malik olan İran uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təmin edə bilər və özünün nəql imkanlarından istifadə edərək Asiyanın şimalını və şərqini Avropa ilə birləşdirən təhlükəsiz tranzit məntəqəsi ola bilər", - deyə İran prezidenti qeyd edib.   
 
Qeyd edək ki, Federika Mogerini  bu gün səhər İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.  Həsən Ruhani ilə görüşdən sonra Aİ diplomatiyasının rəhbəri Məhəmməd Cavad Zəriflə ikinci dəfə danışıqlar aparıb.
 
Federika Mogerininin hazırda Tehranı tərk etdiyi bildirilir. Onun oktyabrın 31-də Ər-Riyada səfər edəcəyi planlaşdırılır.

Milli.Az


Teqlər:  Ruhani İran Aİ-nin enerji təhlükəsizliyini təmin edə bilər



RƏYLƏR


Top xəbərlər