Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Ölülər”in seçkisi, Qarabağda üçüncü müharibə və QORXUNC... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

“Ölülər”in seçkisi, Qarabağda üçüncü müharibə və QORXUNC... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Date: 29 October 2016 20:03

Dünyanın ən qaynar nöqtələrindən olan İraq və Suriyada hadisələr getdikcə daha qorxunc şəkil almağa başlayıb. İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün başlanan əməliyyat Türkiyənin də dəfələrlə dilə gətirdiyi kimi məzhəb qarşıdurmasına doğru gedir. Hələbdə isə Suriya vətəndaş müharibə dövründə müxalifətin ən genişmiqyaslı hücumu başlanıb. Qərb və Rusiya arasındakı gərginlik “soyuq müharibə”dən sonrakı dövrün pik nöqtəsindədir. ABŞ-da gələn ay keçiriləcək prezident seçkilərində qeydə alına biləcək qanun pozuntuları da dünya mediasının gündəmindədir.

Regiona səfəri başa çatdıran ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 25-də Yerevanda mətbuat konfransı keçiriblər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə bütün məsələlər vahid paketdə müzakirə edilməlidir.

O, qeyd edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasından söhbət gedirsə, buna paralel olaraq Qarabağın statusu da müzakirə olunmalıdır: “Tərəflər onlar üçün münasib olan elementləri götürə və müzakirə edə bilərlər. Bütün məsələlər müzakirəyə açıq olmalıdır”.

Uorlik qeyd edib ki, danışıqlar masasında bir neçə ideya var. “Biz bu ideyalar ətrafında danışıqlar apara bilərik. Biz prezidentlərin danışıqlar yolu ilə irəliləyişə nail olmaq üçün siyasi iradə göstərmələrini istəyirik”, - deyə o bildirib.

Onun sözlərinə görə, aprel döyüşləri sülh danışıqlarının böyük əhəmiyyətə malik olduğunu göstərir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikovun Belarusun “baltnews” agentliyinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düstur tapılmışdı. V.Trubnikov 2000-ci ildə ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində həmin vaxt Azərbaycanın prezidenti olan Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryanın görüşündə yaxından iştirak edib. Keçmiş kəşfiyyat şefi məhz Ki-Uest görüşündə ciddi irəliləyişin olduğunu açıqlayıb.

7 rayon niyə azad olunmadı? - Kəşfiyyat şefi Qarabağ planının detallarını açıqladı

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düsturu tapmışdıq”.

Ağdamdan Zəngilana qədər olan ərazilər... – Putini “mat” edən PLAN

“Yaxın Şərq-Qafqaz” tədqiqatlar mərkəzinin direktoru, rusiyalı politoloq Stanislav Tarasov Minsk qrupunun həmsədrlərinin regiona səfərini şərh edərkən mümkün ssenarini açıqlayıb.

“Dağlıq Qarabağ möhkəmləndirilmiş status alır, lakin müstəqil olmur. Ermənistan tərəfi işğal olunmuş beş rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – qaytarır. Ardınca vəziyyətə nəzarət etmək və digər ərazilərin taleyini müəyyən etmək üçün bölgəyə sülhməramlılar daxil olur”, - o, bildirib.

Ağdamdan Zəngilana qədər olan ərazilər... – Putini “mat” edən PLAN

Ermənilərin dostu olaraq tanınan Tarasov “atəşkəsə nəzarət mexanizminin” qurulmamasına diqqət çəkərək, bunun vacibliyindən danışıb.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilə biləcəyi haqda bəyanatına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu məsələdə ilk növbədə münaqişə tərəflərinin razılığa gəlməsinin vacibliyini diqqətə çatdırıb. M. Zaxarova güc tətbiqinin yolverilməz olduğunu da vurğulayıb. “Dağlıq Qarabağ münaqişəsində güc tətbiqi heç bir halda sülh prosesinin irəliləməsinə imkan yarada bilməz”, - deyə o, bildirib.

“Apreldə “dördgünlük müharibə”dən sonra bağlı qapılar arxasında münaqişənin həlli ilə bağlı aktiv danışıqlar başlandı. Danışıqlar masasında “Kazan düsturu” adlanan həll variantı var idi. Lakin Ermənistanın daxilindəki siyasi vəziyyət bu razılıqların reallaşmasına mane oldu”.

Bu barədə Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markov “moscow-baku” portalına açıqlamasında deyib.

S.Markovun sözlərinə görə, bu gün həm Azərbaycan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səslənən bütün bəyanatlar Ermənistanı qərar verməyə məcbur edir.

Üç böyük gücün Ermənistandan Qarabağ tələbi – Putinin adamı açıqladı

“Apreldə “dördgünlük müharibə”dən sonra bağlı qapılar arxasında münaqişənin həlli ilə bağlı aktiv danışıqlar başlandı. Danışıqlar masasında “Kazan düsturu” adlanan həll variantı var idi. Lakin Ermənistanın daxilindəki siyasi vəziyyət bu razılıqların reallaşmasına mane oldu”.

Erməni politoloq Aleksandr Kananyan hesab edir ki, Qarabağ cəbhəsində üçüncü müharibə qaçılmaz olacaq. O, bu müharibənin Ermənistan üçün dəhşətli nəticələrə səbəb olacağını vurğulayıb.

Ağ Evin sahibini seçəcək “ölü canlar”

Son günlər dünya KİV-in gündəmində olan əsas mövzulardan biri də ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində qeydə alına biləcək qanun pozuntularıdır. Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir. Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Trampın bəyanatları isə şübhələri daha da artırır. Seçkilərə həftələr qalmış respublikaçı namizəd seçki prosesində yaşanan qanun pozuntuları barədə açıq şəkildə bəyanatlar səsləndirməyə başlayıb.

Demokratlar üçün tək üsul: Ağ Evin sahibini “dələduzlar” müəyyən edəcək

Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir.

İddiaya görə, demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.

ABŞ-ın yerli qəzetlərindən olan “Christian Times Newspaper” seçkidən əvvəl hazırlanmış bülletenlərin üzərində Hillari Klintonun adının işarələndiyini yazıb. Qəzet bildirir ki, Ohaya ştatında yerli elektrik işçilərindən biri Hillari Klintonun adının yazıldığı bir neçə min bülleten tapıb.

O biri dünyadan verilən səslər Ağ evin sahibini “seçəcək” - FOTOLAR

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.

“Seçkilər demokratiyadan uzaq və ədalətsiz şəkildə keçirilib” – deyə amerikalı siyasətçilər tribunadan bağırır və onların bir cümləlik bu sözləri müxtəlif ölkələrin müxalifətlərinin dilində “konstitusiya maddəsinə” çevrilir. Bu, yeni dünyanın gerçək üzüdür. Çünki Amerika ən ədalətli, ən şəffaf, ən demokratik ölkədir, lakin dünya gerçəkliyinin ən real üzü bütün bu sözlərin əvvəlinə və axırına dırnaq işarələri qoyur.

Əminəm ki, Klintonun qələbəsi saxtakarlıq hesabına baş tutacaq”. Respublikaçıların namizədi Donald Trampın bu sözləri dünyanı “seçki ittihamlarına” boğan Amerikanın özündəki seçkilərə diqqəti artırdı. Öz maraqlarına uyğun şəkildə istənilən ölkədə keçirilən seçkiləri pisləmək, yaxud tərifləmək hüququnu yalnız öz-özünə tanıyan və bunu demokratiya ilə bəzəyən ABŞ öz reallığı ilə üz-üzə qalıb. Və ilk dəfədir ki, bu ölkənin prezident postuna iddialı namizəd seçki saxtakarlığını açıq şəkildə dilə gətirir.

“Amerika röyası”nın sonu və seçki qutularına həbs edilmiş yunan icadı

Respublikaçıların namizədi Donald Trampın bu sözləri dünyanı “seçki ittihamlarına” boğan Amerikanın özündəki seçkilərə diqqəti artırdı.

Mosul əməliyyatı

Mosul əməliyyatının 7-ci günündə strateji əhəmiyyətə malik Başika qəsəbəsi peşmərgə güclərinin (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri –red.) əlinə keçib.

ABŞ və İraqın hər cür vasitələrlə mane olmasına baxmayaraq, Mosul əməliyyatına qoşulan Türkiyə quru qoşunlarını İraqa yeridə bilər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə quru qoşunlarının İraqa müdaxilə edə biləcəyini deyib:“Əgər Türkiyəyə qarşı bir təhdid yaranarsa, quru əməliyyatı da daxil olmaqla bütün imkanlarımızdan istifadə edərik”.

Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Münbicdən çıxmamasına da münasibət bildirib: “Biz amerikalılara da söylədik. Əgər çıxmasalar, öz imkanlarımızla çıxaracağıq”.

İraqda İranın dəstəklədiyi şiə milislər bu gün təxminən 100 min türkmanın yaşadığı Telafer şəhərinə hücuma keçib. Türkiyə üçün qorxunc ssenarini reallaşir.

İraq kürd regional rəhbərliyinin baş naziri Neçirvan Bərzani Almaniyanın “Bild” qəzetinə müsahibəsində Mosulun ən geci üç ay içində İŞİD-dən azad ediləcəyini bildirib. O, Mosulun azad edilməsindən sonra müstəqillik üçün hərəkətə keçəcəklərini deyib: “Bunun üçün uzun müddət gözlədik. 2003-cü ildən sonra demokratik bir İraq üçün yeni bir başlanğıcın ola biləcəyini düşünmüşdük. Ancaq bu, baş vermədi”.

Rusiya Silahlı Qüvvələri Baş qərargahın verdiyi məlumata görə, ABŞ Mosul ətrafında B-52 strateji bombardmançıları tətbiq etməyə başlayıb.

ABŞ-ın gizli “sui-qəsd ordusu” kimi tanınan JSOC xüsusi təyinatlı dəstəsi Mosul əməliyyatında aktiv rol almağa başlayıb. Bu haqda ABŞ-ın müdafiə naziri Eşton Karter İŞİD əleyhinə yaratdığı koalisiyanın 13 üzvü ilə keçirdiyi iclasdan sonra deyib. “Sui-qəsd ordusu”nun Rakka əməliyyatında da mühüm rol oynayacağı bildirilir. 11 sentyabr terror aktından sonra təlimatları birbaşa Ağ Evdən alan JSOC sui-qəsd, edam, gizli işgəncə və adam qaçırma kimi əməliyyatlarda ABŞ Mərkəzi Kəşfiyat Agentliyini (CİA) geridə buraxıb. Son 10 ildə şəxsi heyətini 25 minə çatdıran JSOC minlərlə insanı edam edib.

Kainatı idarə edən “sui-qəsd ordusu”: Yalnız Obamadan əmr alır

ABŞ-ın gizli “sui-qəsd ordusu” kimi tanınan JSOC xüsusi təyinatlı dəstəsi Mosul əməliyyatında aktiv rol almağa başlayıb.

Suriya cəbhəsi

Hələbdə 3 günlük “humanitar pauza” başa çatandan oktyabrın 23-də Suriya ordusu oktyabrın 23-də Hələbin cənubunda hücuma keçib. Birgünlük döyüşlərdən sonra Hələb şəhərinin cənubunda yerləşən Bazza strateji hündürlüyünü ələ keçirilib.

Oktyabrın 28-də isə Suriya müxalifəti Hələb şəhərinin mərkəzindəki mühasirəni yarmaq üçün hökumət qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayıb. Müxalif qruplar şəhər mərkəzindəki rejim mövqelərini ağır silahlarla vurmağa başlayıb. Məlumata görə, müxalifət gücləri hökumət qoşunlarının nəzarət etdiyi Hələbin qərb rayonlarına yüzlərlə raket atıb. Qeyd edilir ki, hücumda bütün müxalifət qruplaşmaları iştirak edir.

Çoxdan gözlənilən hücum belə başladı – Əsədin taleyini həll edəcək - VİDEO

Suriya müxalifəti Hələb şəhərinin mərkəzindəki mühasirəni yarmaq üçün hökumət qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayıb.

Hələbdə müxalifətin hücumunun başlanmasından bir neçə saat sonra Rusiya Baş Qərargahı prezident Vladimir Putinə Hələbin şərqində müxalifət qüvələrinə zərbələr endirməyə icazə verməyi xahiş edib.

Lakin Kremlin sözçüsü bildirib ki, Vladimir Putin hazırda Hələbə aviazərbələrin yenilənməsini məqsədə uyğun hesab etmir. Amma onun sözlərinə görə, Rusiya Suriya qoşunlarına dəstək üçün bütün vasitələri tətbiq etmək hüququnu özündə saxlayır. Dmitri Peskov əlavə edib ki, Hələbdə hərbi əməliyyatların yenilənməsi haqqında qərar Baş qərargahın tövsiyələri əsasında Vladimir Putin tərəfindən qəbul ediləcək.

Türkiyənin “Haber7” saytının yazarı Mehmet Acet Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana maraqlı bir təklif etdiyini yazıb. Onun sözlərinə görə, Rusiya Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” şəklində təklif edib. Yazar Ərdoğanın Vladimir Putinlə görüşündə əsas mövzulardan birinin Hələb olduğunu bildirib: “Müzakirələrdə Rusiya tərəfi Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” anlamına gələcək bir təklif verib. Ancaq Ankara bu təklifi qəbul etməyib”.

Putin Ərdoğana Suriyanı bölməyi təklif etdi – ŞOK İDDİA

Rusiya Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” şəklində təklif edib”.

Rusiya, İran və Suriya xarici işlər nazirləri Suriya münaqişəsinin həlli üzrə oktyabrın 28-də Moskvada görüş keçiriblər. Lavrov Rusiyanın Hələb üzrə yeni strategiyasını açıqlayıb. Rusiya xarici siyasət idarəsinin başçısı Hələbdə “Əl-Nüsra” Cəbhəsindən ayrılmağı qəbul etməyən bütün müxalif qrupların vurulacağını vurğulayıb.

Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim isə Hələbdə döyüşləri davam etdirəcəklərini və şəhəri alacaqlarını vurğulayıb.

“Əgər Hələb itirilərsə...” – Vaşinqtonda Suriya “müharibəsi”

Vaşinqtondakı “müharibə partiyası” Ağ Evi Dəməşq rejiminə qarşı sərt addımları atmağa çağırır.Sözügedən məsələ dövlət başçısının milli təhlükəsizlik komandası ilə bu yaxınlarda keçirdiyi görüşündə müzakirə edilib.

“Əgər Hələb itirilərsə...” – Vaşinqtonda Suriya “müharibəsi”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Suriya müxalifətinə silah çatdırılması barədə təklifi prezidenti Barak Obama administrasiyasında şübhə ilə qarşılanır.

ABŞ Konqresində Beynəlxalq Münasibətlər üzrə Şura tərəfindən təşkil edilmiş qapalı müşavirənin iştirakçısı isə Suriya prezidenti Bəşər Əsədi öldürməklə böhranı nizama salmağı təklif edib. Bu haqda görüşdə olmuş mənbələrə istinadən “Foreign Policy” nəşri bildirib. Nəşr qeyd edir ki, bu təşəbbüs tədbir iştirakçılarının təəccübünə səbəb olub. Yaxın Şərq üzrə Ağ Evin keçmiş koordinatoru Filipp Qordon bunun qeyri-qanuni və effektsiz olduğunu bildirib. Müşavirə ötən həftə keçirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Fərat Qalxanı” əməliyyatının Suriyanın əl-Bab bölgəsinin terrorçulardan azad olunanadək davam edəcəyini bildirib: İŞİD terror qruplaşmasına qarşı mübarizə aparanlar Suriya rejimi və ona bağlı güclərin hücumuna məruz qalır. Buradan isə rejim və onu dəstəkləyənlərin məqsədləri açıq görünür. Onların Suriya Azadlıq Ordusuna hücumu "Fərat Qalxanı əməliyyatını dayandıra bilməz. Bu hərəkat əl-Babda gedənədək davam edəcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, ötən gecə Əsəd rejiminə aid helikopter Suriya Azadlıq Ordusunun Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində 2 döyüşçü ölüb, 21-i isə yaralanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə oktyabrın 26-da etdiyi telefon söhbətinin detallarını açıqlayıb. Ərdoğan ABŞ prezidenti ilə Rakka əməliyyatı barədə danışdığını bildirib.

ABŞ-ın PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) ilə birgə İŞİD terror təşkilatından təmizləmək istədiyi Suriyanın Rakka şəhəri üçün Rusiya da hazırlıq görməyə başlayıb. Rusiya İran və Suriya rejimi ilə birlikdə ABŞ-dan əvvəl hərəkətə keçərək Rakkaya girmək istəyir.

Mosul əməliyyatının əsas planlayıcı gücü olan ABŞ bu günlərdə Rakka əməliyyatı barədə də siqnal verib. Vaşiqnton Rakka əməliyyatında yerli güclərə, əsasən də PYD-ə yaxınlığı ilə tanınan “Suriya Demokratik Gücləri”nə yer vermək niyyətindədir. Rusiya isə İran və Suriya rejimi ilə birlikdə Rakkaya girmək niyyətindədir.

Qiyamətə günlər qaldı – Şəhər uğrunda nüvə silahı işə salınacaq - VİDEO

ABŞ-ın PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) ilə birgə İŞİD terror təşkilatından təmizləmək istədiyi Suriyanın Rakka şəhəri üçün Rusiya da hazırlıq görməyə başlayıb.

Ömər Dağlı


Tags:  Ölülərin seçkisi Qarabağda üçüncü müharibə QORXUNC HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

RƏYLƏR


Top news