Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Keçmiş arvadının üstünə benzin tökərək yandırdı

Keçmiş arvadının üstünə benzin tökərək yandırdı

Alimentə görə özünü yandırdı - Bərdədə (08 Mart 2017 20:13)
Bakıda üzərinə benzin tökərək özünü yandıran gənc ölüb (06 Mart 2017 10:22)
Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb (03 Mart 2017 11:47)

Tarix: 29 Oktyabr 2016 20:12

Bakıda dəhşətli hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Şam Bağı" restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A.Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəzər rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C.Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb. Onu da əlavə edək ki, A.Zeynalova C.Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Teqlər:  Keçmiş arvadının üstünə benzin tökərək yandırdı



RƏYLƏR


Top xəbərlər