“Neftçi”nin baş bəlası – “Qəbələ”

“Neftçi”nin baş bəlası – “Qəbələ”
20:12 29 Oktyabr 2016
96 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" Premyer Liqada 11-ci dəfə böyük hesabla uduzub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, X turun "Qəbələ" ilə səfər oyununda 1:4 hesabı ilə məğlub olan "ağ-qaralar" Azərbaycan çempionatlarının 24 illik tarixində bunadək 10 dəfə 3 və ya daha çox top fərqi ilə yenilmişdi.

11-ci darmadağın iki antirekordla da əlamətdar olub. Bakılılar 2013/14 mövsümündəki kimi bir çempionatda 3-cü dəfə boynubükük qalıb. Bu iki mövsümdəki qədər acınacaqlı yenilgi alınan çempionat olmayıb. Üstəlik, "Neftçi" tarixində ilk dəfə eyni rəqibə bir mövsümdə iki dəfə böyük hesabla uduzub.

İndiyədək heç bir Azərbaycan klubu "Neftçi"yə bir mövsümdə iki dəfə belə ağır "sillə" vurmamışdı. I dövrədə 8:0 ilə "flaqman"a tarixinin ən ağır məğlubiyyətini yaşadan "Qəbələ" bu dəfə də rəqibinə aman verməyib.

Roman Qriqoçukun yetirmələri bu nəticə ilə "Neftçi"ni hamıdan çox - 3 dəfə darmadağın edən "Qarabağ"a çatıb. Bu iki komandadan başqa, "Bakı" 2, "İnter", "Zirə" və "Xəzər" 1 dəfə "ağ-qaralar"ı 3 və ya daha çox top fərqi ilə məğlub edib.

"Qəbələ" 4 il əvvəlki ilk böyükhesablı qələbəsini də bugünkü hesabla əldə etmişdi.

"Neftçi"nin Azərbaycan çempionatındakı 11 böyükhesablı məğlubiyyəti:

1992 mövsümü

03.07.1992 "Xəzər" (Sumqayıt) - "Neftçi" (Bakı) - 3:0

2007/08 mövsümü

20.10.2007 "Bakı" - "Neftçi" (Bakı) - 5:1

2010/11 mövsümü

13.05.2011 "Qarabağ" (Ağdam) - "Neftçi" (Bakı) - 3:0

2011/12 mövsümü

11.03.2012 "Qəbələ" - "Neftçi" (Bakı) - 4:1

2013/14 mövsümü

31.08.2013 "Bakı" - "Neftçi" (Bakı) - 3:0

28.02.2014 "Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam) - 1:4

08.05.2014 "İnter" (Bakı) - "Neftçi" (Bakı) - 4:0

2015/16 mövsümü

27.02.2016. "Zirə" (Bakı) - "Neftçi" (Bakı) - 3:0

2016/17 mövsümü

21.08.2016. "Qarabağ" (Ağdam) - "Neftçi" (Bakı) - 3:0

10.09.2016. "Neftçi" (Bakı) - "Qəbələ" - 0:8

29.10.2016. "Qəbələ" - "Neftçi" (Bakı) - 4:1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR