Süleyman peyğəmbərə şeytan nə verdi?

Süleyman peyğəmbərə şeytan nə verdi?
20:22 29 Oktyabr 2016
244 Ölkə
Ölkə mətbuatı
A- A+

"(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki, o ikisi "biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)" deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!" Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!". ("Bəqərə" 102).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayənin nazil olması barəsində belə nəql edilir ki, yəhudilər davamlı olaraq Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və ona suallar verirdilər. Həzrət (s) də vəhy əsasında olanlara layiqli cavablar verərdi. O həddə qədər ki, yəhudilər etiraf edirlər ki, Peyğəmbər (s) bizim səma kitabını bizdən daha yaxşı bilir. Ona görə də qərara alırlar ki, Həzrətlə (s) başqa yolla mübarizə aparsınlar. Onlar əfsun yolunu seçirlər və bu zaman həmin ayə Peyğəmbərə (s) nazil olur.
Bu ayədən aydın olur ki, şeytan sifətlilər və onlara itaət edən yəhudilər əslində küfrlə məşğul idilər. Bu küfrün növü isə sehr və cadudur. Allah Təala Süleyman (ə) peyğəmbəri pak yaratmışdır, şeytanı isə kafir elan etmişdir. (Tebyan)
Bu ayədən göründüyü kimi, yəhudilər sehr və cadunu Süleyman (ə) peyğəmbərə nisbət verirlər. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "O zaman ki, Süleyman (ə) dünyasını dəyişir, şeytan sehr və əfsunu ixtira edir. Onu bir kitaba yazır və üzərini örtür. Həmin örtüyun üzərinə yazır: "Bu, o şeydir ki, Asəf ibni Bərxiya Süleymana (ə) itaət etmək üçün bəyan etmişdi və bu elmin xəzinələrindəndir". Sonra onu Süleymanın (ə) taxtının altında gizlədir. Sonra isə özü onu insanlar üçün oradan çıxardır. Bu alçağın vəsvəsəsi ilə kafirlər deyirlər: "Süleyman (ə) bu yolla bizim hamımıza hakim olmuşdur". Ancaq imanlı insanlar deyirlər: "Allahdan qorxun, çünki Süleyman (ə) Allahın layiqli bəndəsi və peyğəmbəri idi"".
Bu ayədən aydın olur ki, kafirlər iki yolla sehri öyrəniblər: şeytandan və nazil olan iki mələkdən. Onlar sehrin yardımı ilə bu müvəqqəti dünyada mənfəət qazanmaq istəyirdilər. Əgər dərindən düşünsəydilər, görərdilər ki, qazandıqları bu mənfəət həqiqi deyildir. Çünki Qiyamət günü onlara əzab şəklində nazil olacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR