Xroniki B və C hepatitləri ölkə ərazisində geniş yayılıb - Həkim rəyi

Xroniki B və C hepatitləri ölkə ərazisində geniş yayılıb - Həkim rəyi
21:12 29 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkədə infeksion xəstəliklərin sayının artması ilə bağlı müəyyən fikirlər səsləndirilir. Xəstəxanalarda bu istiqamətdə müalicə alan şəxslərin sayı da az deyil. Ekspertlərin fikrincə bu xəstəlikləri nəzarət altına almaq üçün mütləq müəyyən qabaqlayıcı tədbirlər görülməlidr.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həkim-infeksionist Mehdi Mehdiyevin dediyinə görə, gənclərin qeyri-düzgün həyat tərzi bu cür xəstəliklərə yoluxma riskini artırır: "İnfeksion xəstəliklərlə bağlı artımın olduğunu demək düzgün deyil. Ümumiyyətlə infeksion xəstəliklərin sayı əvvəllər də kifayət qədər çox olub. Amma son vaxtlar yeni texnoloji avadanlıqlar vasitəsi ilə xəstəliklərin daha erkən müəyyənləşdirilməsi bu xəstəliklərin sayının artması ilə nəticələnir. Laboratoriya müəayinələrinin çeşidlərinin çox olması ilə əlaqədar olaraq bir çox infeksion xəstəliklərin sayında artımlar görünür. Məsələn hepatitlər, AİDS infeksiyalarının sayında müəyyən artımlar müşahidə edilir. Müayinələrin sayının çox aparılması da bu xəstəliklərin daha erkən ortaya çıxarır. Bu da təbii ki, infeksion xəstəliklərin sayına müəyyən qədər təsir edir. Bu gün ölkədə xroniki B və C hepatitləri ölkə ərazisində daha geniş yayılıb. Bu gün bu xəstəliklərin qarşısının alınması üçün gənclərin arasında maarifləndirici işlərin aparılması zəruridir. Gənclərin qeyri-düzgün həyat tərzi bu cür xəstəliklərə yoluxma riskini artırır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR