Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda radar müəmması - VİDEO

Azərbaycanda radar müəmması - VİDEO

Date: 29 October 2016 21:17

Cəlilabad rayon sakini Elşən Əliyev avtomobili ilə paytaxtdan qayıdarkən Ələt-Astara yolundakı rayon qeydiyyatlı  avtomobillərin saxlanılması üçün ayrılan dayanacağın qarşısında radara düşüb. Sürücü iddia edir ki, həmin vaxt ərazidə maksimum sürət həddi 90-nı göstərdiyi halda, onun ünvanına həmin ərazini saatda 81 km sürətlə keçməsinə dair elektron protokol gəlib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu cərimə ilə razılaşıb ödəniş edən sürücü 4 ay sonra həmin ərazidə yenidən radara düşüb, bu dəfə isə maksimum sürət kimi 70-in göstərilməsi sürücünü çaş-baş salıb. Üstəlik, sonuncu qayda pozuntusu "İ-patrul" sistemi ilə qeydə alınıb.

Elşən Əliyev iddia edir ki, ərazidə sürət həddi saatda 90 km. olmasına baxmayaraq, onun aşağı sürətlə radara düşməsi, üstəlik hər dəfə sürət limitinin dəyişik formalarda qeyd edilməsi qanunsuzluqdur.

Baş Dövlət Yol Polisİ İdarəsinin şöbə müdiri Kamran Əliyev bildirir ki, həmin ərazidə piyada keçidi olduğundan maksimum sürət  90 yox, 50 olub . Amma 4 aydır ki, həmin ərazidə makisumum sürət limiti 50-dən 70-ə qaldırılıb. Bu, yolun kənarındakı nişanlarda da göstərilib. Hər bir halda sürücünün ona tətbiq edilən protokol ilə bağlı narazılığı varsa, Baş Dövlət Yol Polisi İdarəsinə məktub üvanlamalıdır ki, ona rəsmi şəkildə cavab verilsin.

Milli.Az


Tags:  Azərbaycanda radar müəmması VİDEO


RƏYLƏR


Top news