"OPEK-in hasilatın dondurulması üzrə növbəti iclası 25-26 noyabrda keçiriləcək"

"OPEK-in hasilatın dondurulması üzrə növbəti iclası 25-26 noyabrda keçiriləcək"
21:18 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

OPEK-in neft hasilatının dondurulması üzrə Xüsusi Komitəsinin növbəti iclası 25-26 noyabr tarixlərində keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib.

"Deyim ki, mən bu görüşdən, onun nəticələrindən çox razı qaldım. Biz növbəti görüşə hazırlaşırıq və bu yəqin ki, noyabrın 25-26-da keçiriləcək. Bu, ekspert qrupunun görüşü olacaq", - deyə nazir iclasın yekunları barədə suala cavab verərkən bildirib.

"Biz bazarda hər hansı bir nəticə və ya dəyişikliklərdən asılı olmayaraq müntəzəm görüşlər keçirəcəyik. OPEK-in və qeyri-üzv ölkələrin növbəti görüşü 25-26 noyabr tarixində keçiriləcək", - deyə o əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/174016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR