Rəşad Sadıqov: "Bizi səfərdə PAOK-a qarşı çox vacib oyun gözləyir"

Rəşad Sadıqov: "Bizi səfərdə PAOK-a qarşı çox vacib oyun gözləyir"
21:22 29 Oktyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

"Bu il bir az çətin oldu" - Rəşad Sadıqov (17 Aprel 2017 08:47)
"Bizə başqa söz-söhbətlər çatmışdı" - Samir Abasov (10 Aprel 2017 20:37)
Azərbaycan Almaniyaya qarşı (26 Mart 2017 10:23)

Bakı. 29 oktyabr. REPORT.AZ/ "PAOK evdə çox aqressiv oynayır. Böyük azarkeş dəstəyinə malikdir. Bizi ciddi rəqibə qarşı səfərdə çox vacib oyun gözləyir. Bilirik ki, rəqib qrupun taleyini həll etmək üçün qələbə qazanmağa köklənəcək. İkimiz üçün də çox mühüm qarşılaşma olacaq".
"Report" xəbər verir ki, bunu Premyer Liqanın X turu çərçivəsində AZAL ilə keçirilən oyundan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Komandanın oyununu kənardan izləmək necə təsir bağışlayır?
- Əlbəttə, çətindir, xüsusilə də, komandanın oyunu alınmayanda qıraqdan baxmaq heç cür alınmır. Ancaq yaxşı ki, futbolçularımız fasilədə özlərini topladılar və ikinci hissədə yaxşı oyun nümayiş etdirərək qalib gəldilər.
Bugünkü oyunda nədən narazı qaldın?
- Ümumiyyətlə, oyun qrafiki sıx olduğuna görə yorğunçuluqdur. Bilirik ki, "AZAL Arena"da meydançanın vəziyyəti yaxşı deyil. Bu çətin şəraitdə futbolçularda nədənsə narazı qalmaq düzgün deyil. Qələbə üçün əllərindən gələni ortaya qoydular, xeyli güc sərf etdilər. Komanda son 2 matçda - həm "Neftçi", həm də AZAL ilə görüşdə çox yoruldu. Ümid edirəm ki, PAOK-la səfər oyununadək bərpa olunacaqlar.
Zədən nə yerdədir? Ağrılar hiss edirsən?
- Onsuz da həm Norveç, həm də PAOK-la matçda bilirdik ki, sağalmamışam. Bundan əvvəl də həkimlər demişdi ki, oynasan, vəziyyətin pisləşəcək. Bu 2 oyun elə idi ki, onları buraxmağım düzgün deyildi. Mən də oynadım və Norveçlə matçdan sonra zədəm daha da pisləşdi. Bu, elə zədədir ki, müalicəsinə 2-3 həftə vaxt lazımdır. Bundan sonra bərpa olunub meydana çıxmalısan. Ancaq buna vaxtımız yox idi. Müalicəm davam edir. Bu gündən fərdi məşqlərə başlamışam. PAOK-la matça hazır olub-olmayacağım bilinmir. Hələ ki, dəqiq bir şey deyə bilmirəm. Qarşıda həm PAOK, həm də Şimali İrlandiya ilə vacib oyunumuz var. Bu vəziyyətdə müalicə olunmaq, kənarda qalmaq psixoloji cəhətdən ağırdır. Bir az sıxılmışam ki, qarşıdan iki mühüm oyun gəlir, ancaq mən kənardan izləyirəm. Həkimlər yalnız bu gün yavaş-yavaş qaçmağa başlamağa icazə verdilər.
"Qarabağ"ın və millinin qrupda vəziyyətinə baxsaq, hansı üçün 3 xalın daha vacib olduğunu düşünürsən? Seçim qarşısında olsan, hansında oynamaq istərdin?
- Hər ikisi tarixi matç ola bilər. Mənim üçün seçim etmək ağırdır. İkisində də iştirak etmək istəyirəm. 15-20 dəqiqə olsa da meydana çıxmağı, komandama kömək etməyi arzulayıram, təbii ki, hazır olandan sonra. Nə məsləhətdirsə, ona hazıram.
PAOK-a qalib gəlsək, böyük ölçüdə qrupdan çıxacaqsınız. Bu mənada Salonikidəki oyunu həlledici saymaq olarmı?
- Bugünədək oynadığımız matçlardan ən həlledicisi olduğunu demək olar. Düzdür, Bakıdakı qarşılaşma həlledici idi. Aydın məsələdir ki, uduzsaydıq, qrupdan çıxmaq çox çətin olacaqdı. Qalib gəldikdən sonra qrupun ən həlledici matçlarından birinə çıxacağıq.
Qarşıdakı oyundan nə gözləyirsən?
- Bilirik ki, PAOK evdə çox aqressiv oynayır. Böyük azarkeş dəstəyinə malikdir. Heyətlərində də çox yaxşı seleksiya aparılıb. Futbolçularının 5-6-sını yaxından tanıyıram. İkisi "Dnepr"də, ikisi Türkiyə Super Liqasında, biri "Qəbələ"də oynayıb. Yəni PAOK-un heyətini çox yaxşı tanıyırıq. Bizi ciddi rəqibə qarşı səfərdə çox vacib oyun gözləyir. Bilirik ki, rəqib qrupun taleyini həll etmək üçün qələbə qazanmağa köklənəcək. İkimiz üçün də çox mühüm qarşılaşma olacaq.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23

Hind qızları palçığa batan avtobusu dartıb çıxardılar

29 Aprel 2017 23:22

Erməni Kardaşyan Meksika kurortunda - FOTO

29 Aprel 2017 23:22

Namazın vacib olmasının sirri

29 Aprel 2017 23:22

Shamkir Chess-2017: 8-ci tur bitdi

29 Aprel 2017 23:22

Acınacaqlı durumda idilər, sonra isə bu yolla varlandılar

29 Aprel 2017 23:22

iPhone-nu sıradan çıxarmağın yeni üsulu aşkarlanıb - VİDEO

29 Aprel 2017 23:17

Havada baş verənlər: Stüardessanın şok etirafları – FOTO

29 Aprel 2017 23:17

Sərnişin təyyarəsi radarlardan itdi

29 Aprel 2017 23:14

Evliliyin möhkəm olması üçün nəzərə alınmalı şərtlər

29 Aprel 2017 23:12

"Bavariya" Bundesliqanın qalibi oldu

29 Aprel 2017 23:06

Kubada təyyarə yoxa çıxdı: 39 nəfər itkin düşüb

29 Aprel 2017 23:05

"Qadın gözəl qoxumalıdır" - Adnan Oktarın "gediciyi" - FOTO

29 Aprel 2017 23:05

"Hamı heyrətlənəcək" - Aygün Kazımova

29 Aprel 2017 23:05

Ərə getmək çətin deyil…

29 Aprel 2017 23:05

İŞİD "Taliban" liderini öldürdü

29 Aprel 2017 23:03

Bakıda oteldə qalan turist pesonala görün nələr etdi - FOTOLAR

29 Aprel 2017 23:03

Milyonçu olmaq üçün neçə il lazımdır?

29 Aprel 2017 22:57

Kubada göyərtəsində 39 sərnişinin olduğu təyyarə radardan itib

29 Aprel 2017 22:57

İnsanın kökəlməyinə səbəb olan 10 vərdiş

29 Aprel 2017 22:52

Sərnişin təyyarəsi radarlardan itdi

29 Aprel 2017 22:51

Kubada sərnişin təyyarəsi radarlardan itib

29 Aprel 2017 22:50

“Bavariya” çempion! - YENİLƏNİR

29 Aprel 2017 22:47

Dişəti şişməsinə qarşı nə etmək olar?

29 Aprel 2017 22:47

Çempion səfərdə sevindi - YENİLƏNİR

29 Aprel 2017 22:47

Cəlilabadda 11 yaşlı yeniyetməni avtomobil vurub

29 Aprel 2017 22:47

İŞİD “Taliban” başçılarından birini öldürdü

29 Aprel 2017 22:44

"Bavariya" ardıcıl 5-ci dəfə Bundesliqanın qalibi oldu

29 Aprel 2017 22:43

Professor-müəllim heyətinin seçilmə şərtləri DƏYİŞİR

29 Aprel 2017 22:42

Həddindən çox tərləmənin 7 səbəbi

29 Aprel 2017 22:42

Evlilik proqramları qadağan edildi

29 Aprel 2017 22:39

Ürəyi qorumaq istəyənlər oxusun - yalnız 3 ŞƏRT

29 Aprel 2017 22:37

Futbol dünyasının ən erotik qadınları - FOTO

29 Aprel 2017 22:32

İŞİD terrorçuları Əfqanıstanda "Taliban" liderlərindən birini öldürüb

29 Aprel 2017 22:32

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün şərtlər

29 Aprel 2017 22:28

Ən güclü Jeep - FOTO

29 Aprel 2017 22:27

Su festivalı Qusarda

29 Aprel 2017 22:23

Fotoda gözəl çıxmaq istəyirsinizsə, bunları edin

29 Aprel 2017 22:23