Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı?

Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı?

Date: 29 October 2016 21:42

Qüsl suyu öz-özlüyündə murdar deyil. Burada əsas məsələ qüsldən qabaq bədənin pak olub-olmamasıdır. Əgər qüsldən qabaq bədəndə nəcasət (murdarlıq) olmayıbsa, o halda bədəndən ayrılan su da murdar deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, həmin su bir yerə dəysə, o yeri pak etmək lazım deyil. Əgər qüsldən qabaq bədəndə nəcasət olmuşsa, həmin nəcasətə toxunan su da murdar olar və dəydiyi yeri də murdar edər.

Diqqət yetirin ki, burada suyun təmizliyindən yox, paklığından danışırıq. Çünki təmizliklə paklıq fərqlidir. Zahirdə təmiz kimi görünən su əslində murdar ola bilər. Eləcə də, şəriət baxımından pak sayılan su çirkli ola bilər.

Milli.Az


Tags:  Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı

RƏYLƏR


Top news