Televizora ən çox baxanlar bolqarlardır

Televizora ən çox baxanlar bolqarlardır
21:47 29 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Daily Mail" internet portalının məlumatına əsasən, Bolqarıstan əhalisinin 43 faizi hər gün televizor qabağında orta hesabla üç saat vaxt keçirir. Bu rəqəm Avropada televizordan asılı adamların ən çox məhz Bolqarıstanda olduğunu sübut edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, araşdırma "European Social Survey" təşkilatı tərəfindən Avropanın 30 ölkəsində aparılıb. Bolqarıstandan sonra ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İrlandiyadır. Avropada televizordan asılı olan adamların orta sayı 21 faizə bərabərdir.
 
Alimlərin son araşdırmasına görə, hər gün televizora altı saat baxan adamların ömrü 5 il azalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR