Kərbəla vaqiəsi və misilsiz səbir

Kərbəla vaqiəsi və misilsiz səbir
22:12 29 Oktyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Səccadın (ə) tərəfdaşlarından biri deyir: "Aşura hadisəsindən sonra İmam Səccad (ə) bir gün məni gördü və buyurdu: "Eşitmişəm ki, arada Əba Abdullahın (ə) qəbrini ziyarət edirsən?". Dedim: "Bəli". Buyurdu: "Bəs nə üçün belə edirsən? Sənin xəlifənin yanında məqamın böyükdür. O, biz Əlhi-Beyti (ə) sevənlərə dözə bilmir". Dedim: "Allaha and olsun ki, bu işimlə ancaq Allahın və Rəsulunun (ə) razılığını istəyirəm. Başqalarının qəzəblənməsi mənim üçün mühüm deyildir. Əgər mənə bir ziyan dəyərsə də, qorxum yoxdur". İmam (ə) buyurdu: "Allaha and olsun ki, belədir?". Dedim: "Bəli, belədir". O, üç dəfə belə dedi və mən də cavab verdim. Sonra buyurdu: "Sənə müjdə olsun. Əgər belədirsə, sənə böyük və gizli bir dastan danışacağam.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Kərbəla hadisəsi oldu. Atam, ailəsi və tərəfdaşları şəhid oldular. Əhli-beytini (ə) Kufəyə tərəf apardılar. Gedən zaman ölüləri gördüm ki, hələ də dəfn olunmamışdılar. Bu səhnə mənim üçün o qədər əziyyətverici idi ki, (içimdəkiləri) boşaltmaq istəyirdim. Bibim Zeynəb (s.ə) mənim halımı başa düşdü...
...Bibim Zeynəb (s.ə) buyurdu: "Gördüklərin səni səbirsiz etməsin. Allaha and olsun ki, bu o əhddir ki, Allah cəddindən, atan və əmindən almışdır. Bu ölmüşlər səmada tanınırlar və atan Seyyidi-şühədanın (ə) qəbri üçün bayraq qaldırırlar ki, zaman keçdikcə heç bir zaman cürüməz və yaddan çıxmaz.
Ümmi İmən mənə danışıb ki, bir gün Əli (ə), Fatimə (s.ə) və Hüseyn (ə) Peyğəmbərin (s) evində yığışmışdılar. Əli (ə) su tökürdü və Peyğəmbər (s) də mübarək əllərini yuyurdu. Sonra Əliyə (ə), Fatiməyə (s.ə) və Hüseynə (ə) nəzər saldı, ancaq anidən dua üçün əllərini qaldırdı, səcdəyə gedib, möhkəm ağladı. Sonra başını qaldırdı və göz yaşları axırdı və hamı onun bu halından qəmgin olmuşdu. O zaman ki, Peyğəmbərin (s) ağlaması uzandı, Əmirəl-möminin (ə) səbəbini soruşdu: "Ey Allahın Rəsulu! Sizin ağlamağınız ürəyimizi qana boyadı".
Peyğəmbər (s) buyurdu: "İndi Cəbrayil (ə) mənə nazil oldu və siz ailəmin dastanından mənə xəbər verdi. (O, dedi) O insanlar ki, özlərini sənin ümmətindən bilirlər, ancaq səndən və ailəndən bezardılar, onların əlindən çoxlu bəla və çətinliklər görəcəklər. Allaha şükür edən ol və Onun qəzasına razı ol!
Sənin ailən bir-birinin ardınca şəhid olacaqdır. Bu övladın Hüseyn (ə) bir dəstə ilə birlikdə Fərat kənarında Kərbəlada öldürüləcəkdir. O zaman ki, öldürülər yer və dağlar titrəməyə başlayar. Allah onların ruhunu Özü qəbz edər. Mələklər də həyat suyu iə dolu olan yaqut və zümrüd qablarla və cənnət ətirləri ilə birlikdə yeddinci səmadan enərlər. O su ilə qüsl verərlər və cərgə-cərgə dayanıb, onlar üçün namaz qılarlar.
Atam Əmirəl-möminin (ə) zərbə yediyi son anlarında mənə buyurdu: "Qızım! Sanki görürəm ki, səni ailəmin qadınları və qızları ilə birlikdə xar şəkildə bu şəhərdə gəzdirirlər. Səbirli olun. Allaha and olsun ki, o günü sizdən başqa yer üzündə dost olmayacaqdır""".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR