Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə CHP sədrinin müavini ayagından vuruldu

Türkiyədə CHP sədrinin müavini ayagından vuruldu

Date: 29 October 2016 22:27

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.
İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Milli.Az


Tags:  Türkiyədə CHP sədrinin müavini ayagından vuruldu

RƏYLƏR


Top news