Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək
22:32 29 Oktyabr 2016
13 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə polis tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq etdi (27 Aprel 2017 17:38)
AŞPA-nın Monitorinq Komitəsinin 2018-ci ildəki iclası Gürcüstanda keçiriləcək (27 Aprel 2017 15:57)
Le Pen partiyasının işlərindən uzaqlaşıb (25 Aprel 2017 08:42)

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur 50 majoritar dairədə təşkil olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçiriləcək. Bu dairədə azərbaycanlı, "Vahid Milli Hərəkat" partiyasının namizədi Əhməd İmamquliyev mübarizə aparacaq. Onun rəqibi "Gürcü Arzusu" partiyasının namizədi Tamaz Naverianidir.

Birinci turda Ə.İmamquliyev səslərin 47,91 faizini, onun rəqibi isə 43,41 faizini toplayıb. İkinci turda daha çox səs toplayan namizəd deputat mandatı əldə edəcək. Ə.İmamquliyevin qələbə qazanacağı təqdirdə Gürcüstan parlamentində 5 nəfər azərbaycanlı təmsil olunacaq.

Birinci turda "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, partiyanın majoritar dairələrindən Savalan Mirzəyev və Ruslan Hacıyev, "Vahid Milli Hərəkat" partiyasından isə siyahı üzrə Azər Süleymanov mandat əldə ediblər.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, parlamentin deputatlarının 77-si proporsional sistem, 73-ü isə majoritar qaydada seçilirlər. Proporsional sistem üzrə 77 deputat seçilsə də majoritar dairələrin 50-də namizədlərin heç biri səslərin 50+1 faizini toplaya bilməyib. Ona görə də oktyabrın 30-da həmin 50 dairədə seçkilərin ikinci turu keçiriləcək.

Proporsional sistem üzrə deputatların 46-sı hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasından, 27-si "Vahid Milli Hərəkat" partiyasından, 6-sı isə "Gürcüstan Vətənpərvərlər Alyansı"ndan seçiliblər. Majoritar dairədən seçilən 23 deputatın hamısı hakim "Gürcü Arzusu"nu təmsil edir.

MSK-nın oktyabrın 29-da keçirilən iclasında məlumat verilib ki, səsvermə ilə əlaqədar 50 seçki dairəsində 2229 seçki məntəqəsi yaradılıb. Səsvermədə 2 milyon 478 min 42 seçicinin iştirakı nəzərdə tutulub. Seçki məntəqələri səhər saat 8:00-da səsvermə üçün açılacaq və səsvermə saat 20:00-da başa çatacaq. Dairələrdə 100 namizədin mübarizə aparacağı gözlənilir. MSK gözdən əlil, yerimə imkanı məhdud olan seçicilər üçün də səyyar məntəqələr təşkil edəcək.

Seçkilərin ikinci turunu 7 xarici ölkənin media qurumlarından 582 jurnalist, 10 beynəlxalq təşkilatdan 221 müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 12 min 122 nəfərdir. İlkin nəticələr səsvermə başa çatandan sonra 2 saat müddətində dərc olunacaq. İkinci turda namizədlər adi səs çoxluğu ilə qalib hesab ediləcəklər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32

Şedevrli çantalar - FOTO

01 May 2017 01:32

Gəncədə yanğın oldu

01 May 2017 01:29

Goranboyda yol qəzası - Xəsarət alan var

01 May 2017 01:13

Köpək balığı qadına hücum edib

01 May 2017 01:08

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

01 May 2017 01:07

Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

01 May 2017 01:06

Bakıxanovda kişi və qadın döyüldü

01 May 2017 00:48

Kolumbiyada bina uçdu - 18 ölü

01 May 2017 00:39

Pis ruhları qovmağa çalışdılar və...

01 May 2017 00:38

Türkiyədə zəlzələ oldu

01 May 2017 00:28

Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb

01 May 2017 00:17

Qarpız doğrudan da möcüzədir!

01 May 2017 00:12

Astroloji proqnoz - 1 may

01 May 2017 00:08

Şimali Koreya sənəti - FOTO

01 May 2017 00:05

Erməni qızı Azərbaycana qarşı təxribatdan əl çəkmir

01 May 2017 00:05

Günün qoroskopu: köhnə əlaqələri bərpa etmək olar

01 May 2017 00:05

Erməni müğənninin Azərbaycanla bağlı yalanı

01 May 2017 00:04

İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?

30 Aprel 2017 23:57

Sertifikasiyada hansı müəllimlər olacaq?

30 Aprel 2017 23:52

Yas saxlamaq olarmı?

30 Aprel 2017 23:52

"Terminator" qayıdır

30 Aprel 2017 23:50

Putin hokkey meydançasında məşq etdi - VİDEO

30 Aprel 2017 23:48

“Əl-Torqovı”da “ərəbləşən” restoranlar -FOTO

30 Aprel 2017 23:47

B4 vitamininin faydaları

30 Aprel 2017 23:47

Məşhur aktrisa "açarını itirdi"

30 Aprel 2017 23:44

"Müxalifətə hücumları dayandırın"

30 Aprel 2017 23:42

Xalq təbabəti nədir?

30 Aprel 2017 23:42

Kredit kartının borcunu vaxtında ödəməyən haram yeyir?

30 Aprel 2017 23:37

Gəlinin qohumları toya gələn qonağı bıçaqladı - ZƏRDABDA

30 Aprel 2017 23:33

Məşhur model Mayamini seçdi - FOTO

30 Aprel 2017 23:32

“Shamkir Chess 2017”-in bağlanış mərasimi oldu - FOTO

30 Aprel 2017 23:32

Dənizində 5 miqrantın meyiti tapılıb

30 Aprel 2017 23:29

Land Rover-dən yeni krossover - FOTO

30 Aprel 2017 23:27

35 suala cavab ver, aşiq ol!

30 Aprel 2017 23:23

Mineral suların faydası: içən bilər

30 Aprel 2017 23:22

Məmmədyarov yenə birinci oldu

30 Aprel 2017 23:18

Əlavə çəkidən necə azad olaq?

30 Aprel 2017 23:17

Türkiyədə zəlzələ olub

30 Aprel 2017 23:12

Arıqlamaq istəyənlər kartof və qarğıdalıdan imtina etməlidir

30 Aprel 2017 23:12

Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb

30 Aprel 2017 23:12