Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Bayrağımızı ucaltmaq böyük şərəfdir" - Rafael Ağayev

"Bayrağımızı ucaltmaq böyük şərəfdir" - Rafael Ağayev

Rafael Ağayev ata oldu (25 Mart 2017 23:09)
Rafael Ağayev ata oldu - FOTO (25 Mart 2017 22:42)
Rafael Ağayev ata oldu (23 Mart 2017 14:05)

Tarix: 29 Oktyabr 2016 22:37

Hər dəfə arenaya çıxanda qalib gəlib Vətənin idman şərəfini qorumağa çalışıram. Azərbaycan bayrağını beynəlxalq arenada ucaltmaq mənim üçün böyük şərəfdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında beşinci dəfə çempionluğunu bayram edən Azərbaycan milli komandasının üzvü Rafael Ağayev səsləndirib. Beşqat dünya çempionu keçirdiyi hissləri ifadə edərək deyib: "Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Növbəti qızıl medalımı da xalqıma, ailəmə və sevdiklərimə həsr edirəm. Düşünürəm ki, Azərbaycan bayrağını ucaltmaq, himnimizi səsləndirmək hər bir idmançının borcudur. Hazırda sevincimin həddi-hüdudu yoxdur. Federasiya rəhbərliyinə, müəllimlərimə və eləcə də biz idmançılara dəstək olan hər kəsə minnətdaram".

Xatırladaq ki, 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız finalda misirli karateçi Ömər Əbdül Rəhman ilə qarşılaşıb və rəqibinə 4:1 hesabı ilə qalib gələrək beşinci dəfə planetin ən güclü karateçisi adına yiyələnib. O, həm də 13 dəfə Avropa çempionu olub.

Milli.Az


Teqlər:  Bayrağımızı ucaltmaq böyük şərəfdir Rafael Ağayev



RƏYLƏR


Top xəbərlər