Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədə avtobusdan düşdü, maşın vurdu

Gəncədə avtobusdan düşdü, maşın vurdu

Date: 29 October 2016 23:05

Gəncədə marşrut avtobusdan düşən sərnişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki,Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Əhmədova Aysel Oqtay qızı şəhərin Azərbaycan küçəsində 6 nömrəli xətt üzrə hərəkət edən marşrutdan düşüb yolu keçmək istəyərkən, başqa bir avtomobil tərəfindən vurulub.
Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

Milli.Az


Tags:  Gəncədə avtobusdan düşdü maşın vurdu

RƏYLƏR


Top news