Hansı əməllər Allahın ərşini titrədər?

Hansı əməllər Allahın ərşini titrədər?
23:12 29 Oktyabr 2016
280 Ölkə
Ölkə mətbuatı
A- A+

Məsumlarımızdan (ə) gələn hədislərdə Allahın ərşini titrədən əməllərdən bəhs olunmuşdur ki, onlara işarə edək:

1. Yetimin ağlaması. Allahın ərşi yetimin göz yaşından titrəyər. İstər iki valideynini əldən vermiş olsun, istərsə də birini. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, yetim ağlayar, Allahın ərşi titrəyər".
2. Boşanmaq. Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər ailə dağılarsa və tərəflər təlaq verərsə, Allahın ərşini titrədərlər. Həzrət Peyğəmbər (s) buyurur: "Evlənin, ancaq təlaq verməyin, çünki Allahın ərşini titrədər".
3. Fasiq insanı mədh etmək. Əgər kimsə fəsadla məşğul olan birini mədh edər və tərifləyərsə, Allahın qəzəbinə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, fasiq mədh və sitayiş olunar, ərş titrəyər və Allah qəzəblənər".
 
Müsbət mənada ərşin titrəməsi halları da vardır:
4. Allahı müqəddəs adları ilə çağırmaq. Allahı müqəddəs adları ilə çağırmaq da ərşin titrməsinə səbəb olar. Bu titrəmənin, əziyyət və zülm olunan zaman baş verən titrəmə ilə fərqi vardır. Hədis kitablarında Həzrət Peyğəmbərdən (s) uzun bir dua nəql olunur ki, həmin duada deyilir: "Allahın Rəsulu (s) Əbdülmüttəllibin övladlarına buyurdu: "Ey Əbdülmüttəllibin övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın:
" اللهم إني أدعوك باسمك الواحد الاعز ، وأدعوك اللهم باسمك الصمد ، وأدعوك اللهم باسمك العظيم الوتر ، وأدعوك اللهم باسمك الكبير المتعال."
5. Deyən zaman ki, Allah onu bilmədiyini bilir. İmam Sadiq (ə) buyurur: "O kəs ki, deyər: Allah onun bilmədiyini bilir, buna görə Allahın ərşi onun təziminə görə titrəyər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR