15 yaşlı idmançı yarışda aldığı travmadan öldü (FOTO)

15 yaşlı idmançı yarışda aldığı travmadan öldü (FOTO)
23:48 29 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtərdə idmançı 2 ay əvvəl aldığı travmadan həyatını itirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər şəhər sakini Cəhdi Cəlal Ramil oğlu bu gün ölüb. 15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.

Yaxınlarının APA-ya verdiyi xəbərə görə, C. Cəhdi 2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə olunub. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda keçinib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR