Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən mobil telefonlar aşkarlayıblar (FOTO)

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən mobil telefonlar aşkarlayıblar (FOTO)

Date: 30 October 2016 01:13

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Tags:  Gömrükçülər qaçaqmalçılıq yolu ölkəyə gətirilən mobil telefonlar aşkarlayıblar FOTO

RƏYLƏR


Top news