Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kamran Ağayev "Boavişta"nın növbəti oyununda qapısını toxunulmaz saxlayıb

Kamran Ağayev "Boavişta"nın növbəti oyununda qapısını toxunulmaz saxlayıb

Kamran Ağayevdən şad xəbər (24 Mart 2017 10:57)
Kasilyas bunu bacardı (12 Mart 2017 17:52)
Kamran Ağayev hələ sağalmayıb - FOTO (03 Mart 2017 15:37)

Tarix: 30 Oktyabr 2016 01:42

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev futbol üzrə Portuqaliya çempionatında növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, təcrübəli qolkiperin qapısını qoruduğu "Boavişta" IX turda "Estoril" klubunu qəbul edib.
Kamran komandanın əsas heyətində yer alıb. Millimizin digər üzvü - yarımmüdafiəçi Emin Mahmudovun adı "onsəkkizliy"ə daxil edilməyib. Ağayevin 90 dəqiqə oynadığı ev matçı qolsuz bərabərliklə nəticələnib.
Bu, 30 yaşlı qapıçımızın "Boavişta"nın heyətində 4-cü oyunu olub. Debüt matçında "Portu"ya 3:1 hesablı məğlubiyyətlə üzləşən Ağayev "Moreyrense" ilə oyunda qapısını toxunulmaz saxlayıb - 2:0. 8-ci turda "Maritimo" ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "Boavişta" 9 oyundan 10 xalla 9-cu pillədə qərarlaşıb.
29 oktyabr
23:30. "Boavişta" - "Eştoril" - 0:0

Teqlər:  Kamran Ağayev Boaviştanın növbəti oyununda qapısını toxunulmaz saxlayıb



RƏYLƏR


Top xəbərlər