Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"MY" yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub

"MY" yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub

Date: 30 October 2016 04:17

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 10-cu turunda "Bernli" ilə 0:0-lıq heç-heçə edib.
"Report" xəbər verir ki, fasilə zamanı "Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo meydandan qovulub.
Matçın 68-ci dəqiqəsində "manikunyanlar"ın yarımmüdafiəçisi Ander Errera qırmızı vərəqə alıb.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında artıq ardarda dörd oyundur ki, qələbə qazana bilmir. Mourinyonun yetirmələri sonuncu dəfə sentyabrın 24-də evdə "Lester"i 4:1 hesabı ilə məğlub edib.
Klub hazırda 15 xal ilə turnir cədvəlinin 8-ci yerində qərarlaşıb, "Bernli" 11 xal ilə 13-cüdür.


Tags:  yenə qələbə qazana bilməyib Mourinyo meydandan qovulub

RƏYLƏR


Top news