Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hələbdə qanlı döyüşlər: 500 ölü, 1000-dən artıq yaralı

Hələbdə qanlı döyüşlər: 500 ölü, 1000-dən artıq yaralı

Date: 30 October 2016 05:08

Suriya hərbçiləri Hələbin cənub-qərbində radikal qrupların üzvü olan 500 nəfəri məhv edib.

Teleqraf.com-un "RİA Novosti"yə isitinadən xəbərinə görə, bu barədə "Əl-Mayadin" televiziya kanalı məlumat verib.

Döyüşlər zamanı 1000 nəfərdən çox terrorçu yaralanıb.

Suriya ordusunun nümayəndələri məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.

Telekanalın məlumatına görə, terrorçular cümə günü birinci hücum dalğası zamanı Əl-Əsəd və 1070 rayonlarında məhv edilib.

Şənbə günü terrorçular Az-Zəhra məhəlləsinə ikinci hücumu təşkil ediblər. Ordu və polis hücumu dəf etməyi bacarıb. Lakin hərbi akademiya ətrafında şiddətli döyüşlər davam edir. Hücum zamanı terrorçular minalanmış avtomobil və "canlı bomba"lardan istifadə edir.


Tags:  Hələbdə qanlı döyüşlər 500 ölü 1000-dən yaralı

RƏYLƏR


Top news