İŞİD qonşu kəndlərin əhalisini Mosula qovmağa başlayıb

İŞİD qonşu kəndlərin əhalisini Mosula qovmağa başlayıb
07:07 30 Oktyabr 2016
124 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 oktyabr. REPORT.AZ/ Əksəriyyəti qadın, uşaq və qocalar olan minlərlə dinc sakin İŞİD terrorçularının yaxın şəhərlərdən geri çəkilməsindən sonra Mosulun mərkəzinə gətirilib.
"Report" CNN telekanalına istinadən xəbər verir ki, Cənub kəndlərin mülki vətəndaşları şəhərə zorla gəlmək məcburiyyətində qalıblar.
Şahidlərin sözlərinə görə, terrorçular onları qidasız və evsiz qoyublar. BMT əməkdaşları İŞİD-in mülki əhalinin Mosulu geri qaytarmağa çalışan İraq ordusu və kürd könüllülərinə qarşı canlı sipər kimi istifadə oluna biləcəyindən ehtiyatlanırlar.
BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn bildirib ki, onun idarəsində İŞİD-in ayrı-ayrı kəndlərdəki dinc sakinləri öz evlərini tərk edərək Mosula getməyə məcbur etməsinə dair bəzi sübutlar var.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-si-d-qonsu-kendlerin-ehalisini-mosula-qovmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR