Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hindistan Pakistanın dörd sərhəd postunu məhv edib

Hindistan Pakistanın dörd sərhəd postunu məhv edib

Date: 30 October 2016 09:07

Bakı. 30 oktyabr. REPORT.AZ/ Hindistan sərhədçiləri ötən gecə Pakistanla mübahisəli Kəşmir vilayətində qarşı tərəfin dörd sərhəd postunu "irimiqyaslı cavab atəşi" ilə məhv edib.
"Report" xəbər verir ki, bu barədə bazar günü NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, Pakistan hərbçiləri gecə Kəşmirdə iki ölkəni ayıran Nəzarət xətti ərazisindəki Keran sektorunda hind sərhədçilərinə atəş açıb. Hindistan buna kütləvi atəş ilə cavab verib.
Hind tərəfinin qiymətləndirməsinə görə, Pakistan ordusunun 20-yə yaxın itki vermə ehtimalı var.

Tags:  Hindistan Pakistanın dörd sərhəd postunu məhv edib

RƏYLƏR


Top news