Xalq artisti 75 yaşını qeyd etdi: "Martdan bəri təbrik alıram"

Xalq artisti 75 yaşını qeyd etdi: "Martdan bəri təbrik alıram"
09:32 30 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünən xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının 75 yaşı tamam olub. 

Yubilyar aznews.az-a doğum gününü səhnədə qeyd etdiyini bildirib: "Bu gün Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün quruluş verdiyim "Tıq-tıq xanım" tamaşası nümayiş olundu. Mən də həmin tamaşada "Xan" rolunda çıxış etdim. Bütün kollektiv tamaşaçılarla birgə səhnədə məni təbrik etdi. Özümü əla hiss edirəm". 

Aktyorun sözlərinə görə, mart ayından etibarən 75 illik yubileyi ilə əlaqədar ünvanına təbrik mesajları və hədiyyələr gəlməkdədir: "Yubileyimlə bağlı prezidentin fərdi təqaüdünə layiq görüldüm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/484547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR