Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moldovada prezident seçkisi keçirilir

Moldovada prezident seçkisi keçirilir

Date: 30 October 2016 10:05

Bu gün Bakı vaxti ilə saat 8-də Moldovada prezident seçkisinə start verilib.

"Report" xəbər verir ki, Moldova prezidenti vəzifəsi uğrunda 9 namizəd mübarizə aparacaq.
Eskpertlərin fikrincə, əsas mübarizə Rusiya yönümlü Sosialistlər Partiyasının sədri İqor Dodon və Moldovanın Avropaya inteqrasiya xəttini tutan Fəaliyyət və Həmrəylik Partiyasının sədri Maya Sandu arasında gedəcək.
Namizədlər seçicilərin 50% səsini toplamayacağı təqdirdə noyabrın 11-də prezident seçkilərinin 2-ci turu keçiriləcək. Səsvermədə 3,2 milyon seçicinin iştirakı nəzərdə tutulur.
Moldova üzrə 1981, ölkə hüdudlarından kənar, Azərbaycan da daxil olmaqla daha 100 seçki məntəqələri yaradılıb.
Prezident seçkisini ümumilikdə 3764 müşahidəçi izləyəcək ki, onların da 562-si 52 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir.
Dövlət büdcəsindən seçkilərin keçirilməsinə 3 milyon dollar ayrılıb.
Hazırki dövlət başçısı Nikolay Timofti ikinci müddətə prezident seçkilərində iştirak etməyəcək.
30 oktyabr seçkisi 1996-cı ildən bəri Moldovada ümumxalq səsverməsi ilə keçiriləcək ilk prezident seçkisi olacaq.

Milli.Az


Tags:  Moldovada prezident seçkisi keçirilir

RƏYLƏR


Top news