Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün..."

Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün..."

Date: 30 October 2016 10:12

Avropa və Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün Bakı və Yerevanla işləməlidirlər.

Trend-in "News.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Bundestaqının deputatı Albert Vayler bildirib.

Onun sözlərinə görə, apreldə münaqişənin gərginləşməsi məyusluq hissi doğurur. "Aprel hadisələrindən sonra Almaniya ATƏT-ə sədrlik edən ölkə kimi Azərbaycan və Ermənistan nümayəndələri ilə danışıqlar aparıb və bu da gərginliyin azalmasına səbəb olub. Almaniyanın siyasi xadimləri, və həmçinin mən münaqişənin birgə həllini tapmaq üçün hər iki ölkə ilə dialoq aparmağa çalışırıq", - deyə A.Vayler qeyd edib.

Milli.Az


Tags:  Almaniyalı deputat Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması


RƏYLƏR


Top news