Ramaldanov Gürcüstanda qol vurdu

Ramaldanov Gürcüstanda qol vurdu
10:27 30 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Gürcüstan çempionatında X turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.


Poti təmsilçisi səfərdə "Saburtalo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 1:6.


Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da hesab 0:1 olarkən, 55-ci dəqiqədə azərbaycanlı futbolçu vurub. Amma bundan sonra daha 5 qol buraxan Poti klubu meydanı xalsız tərk etməli olub.


Qeyd edək ki, "Kolxeti" 10 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramaldanov-gurcustanda-qol-vurdu-t53741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR