Türkiyə prezidentinə yeni səlahiyyət - Bundan sonra...

Türkiyə prezidentinə yeni səlahiyyət - Bundan sonra...
10:53 30 Oktyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidentinə yeni səlahiyyət verilib.

Publika.az xəbər verir ki, bundan sonra ölkə başçısı dövlət universitetlərinə birbaşa rektor təyin etmək hüququna malik olacaq.

Qeyd edək ki, 1992-ci ildən Türkiyədə dövlət universitetlərində seçki əsasında ən çox səs toplamış 3 namizəd müəyyən edilib və Ali Təhsil Şurası bu namizədləri prezidentə təqdim edib. Prezident də bu üç namizəddən birini rektor təyin edib. Yeni qaydaya əsasən isə artıq universitetlərdə rektorluğa namizədlərin müəyyənləşdirilməsi üçün seçki keçirilməyəcək. Ali Təhsil Şurası professor kimi ən azı 3 il fəaliyyət göstərmiş 3 namizədi müəyyən edərək prezidentə təqdim edəcək. Prezident bir ay ərzində Ali Təhsil Şurasının irəli sürdüyü 3 namizəddən birini rektor təyin etməsə və Ali Təhsil Şurası da iki həftə ərzində yeni namizəd təqdim etməməsi halında birbaşa universitetə rektor təyin edəcək. Dərnək universitetlərinin rektorları isə dərnəklərin idarəetmə orqanlarının Ali Təhsil Şurasına tövsiyəsi və Ali Təhsil Şurasının müsbət rəy verməsi əsasında prezident tərəfindən təyin olunacaq. Rektorların səlahiyyət müddəti 4 ildir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR