"O, mənim həyat yoldaşım Nərgizi də çox istəyir"

"O, mənim həyat yoldaşım Nərgizi də çox istəyir"
11:17 30 Oktyabr 2016
443 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan və müğənni Miri Yusifin küsülü olduğu bildirilib.

Axşam.az-ın məlumatına görə, "Xəzər maqazin" verilişində onların küsülülüyünə Miri Yusifin Yaşıl Teatrda baş tutan konsertinə Röyanın gəlməməsinin səbəb olduğu vurğulanıb.

Miri Yusif deyib ki, onun həmkarı ilə arasında heç bir inciklik yoxdur:

"Şayiələrə inanmayın. Biz Röya ilə ailəvi dostluq edirik. O, mənim həyat yoldaşım Nərgizi də çox istəyir".

Röya isə bildirib ki, yaxşı sənətçilər heç vaxt dava etmirlər:

"Əgər dava edirlərsə, demək, onlardan biri pisdir. İndi kişi ifaçıları arasında üzərində ən çox işləyən Miri Yusifdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/484565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR