Sərnişin avtobusu qəzaya uğradı – Yaralılar var

Sərnişin avtobusu qəzaya uğradı – Yaralılar var
11:28 30 Oktyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Saratov vilayətinin Tatişevsk rayonunda yol qəzası baş verib.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Karyakin kəndinin 5 kilometrliyində qeydə alınıb. Sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan biri onurğa sınığıyla xəstəxanaya yerləşdirilib.

"Qəza zamanı 15 nəfər xəsarət alıb. Onların əksəriyyətində yüngül kəsiklər və zədələr var" - deyə fövqəladə xidmətlərdəki mənbə agentliyə bildirib. Onun sözlərinə görə, avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır.

Hadisə zamanı nəqliyyat vasitəsində ümumilikdə 24 sərnişin olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR