Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hiquain özünü xain kimi hiss etməməlidir"

"Hiquain özünü xain kimi hiss etməməlidir"

Date: 30 October 2016 11:32

"Juventus" İtaliya A Seriyasının 11-ci turunda "Napoli"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Turin klubunun qələbə topunu Qonzalo Hiquain eks komandası "Napoli"nin qapısından keçirib. Goal.az xəbər verir ki, matçdan sonra "Qoca seinyora"nın baş məşqçisi Massimliano Alleqri argentinalı forvarda dəstək nümayiş etdirib.

"Qonzalo qeyri-adi keyfiyyətlərə malikdir. İlk öncə komandanın xeyrinə çalışır. Təbii ki, bu oyun onun üçün xüsusi əhəmiyyət daşıyırdı. Hiquain seçimini edib və özünü xain kimi hiss etməməlidir. O, cəsarətli qərar verib. Qələbə vacibdir, lakin həlledici deyil. Gərgin və bərabər oyun getdi. Əvvəlcə temp aşağı idi, amma tədricən artdı".

Milli.Az


Tags:  Hiquain özünü xain hiss etməməlidir

RƏYLƏR


Top news